DİNLƏ ELM HƏMİŞƏ HARMONİYADADIR
Materialistlər elm sahəsindəki məğlubiyyətlərini gizlətmək üçün daim müəyyən təbliğat üsullarının məcmusundan istifadə edir. Onların ən başlıcası materialist məsləkli nəşrlərdə trafaretə çevrilmiş "elmlə dinin qarşıdurması" haqda iddiadır. Bu iddialar səslənən yerdə daim danışılır ki, din bütün tarix boyu elmə qarşı durub, elm yalnız dindən uzaqlaşdıqda inkişaf edə bilər və s. Bu nağıllar aztəhsilli insanlar üçün nəzərdə tutulub. Bu iddiaların nəzakətsizliyini və yanlışlığını görmək üçün elmin tarixinə diqqətlə nəzər yetirmək kifayətdir.
Əgər biz İslam tarixinə müraciət etsək, görərik ki, elm Quranla bərabər bütün Orta şərq regionuna yayılıb. İslamdan əvvəl ərəblər hər cür uydurmalara inanan bir cəmiyyət qurmuşdular və onlar kainat və təbiət üzərində heç bir müşahidə aparmırdılar. Təkcə ərəblər deyil, həmçinin iranlılar, türklər, Şimali Afrika xalqları İslamı qəbul etdikdən sonra maarifləndilər. Quranın təqdir etdiyi rasionalizm və idrak cəhdləri xüsusən IX-X əsrlərdə böyük sivilizasiyanın yaranmasına səbəb olmuşdu. Bu dövrdə çoxsaylı müsəlman alimləri elmin astronomiya, riyaziyyat, həndəsə, təbabət kimi sahələrində çox vacib kəşflər etdilər.
Elmin təsirinin Avropaya yayıldığı ən vacib region və eyni zamanda, çoxlu müsəlman alimlərinin sayının artdığı yer Əndəlüs idi. Əndəlüs mühüm elmi canlan-manın və təbabət sahəsindəki əksər kəşflərin beşiyinə çevrildi. Müsəlman həkimləri hansısa bir ixtisasın çərçivəsi ilə kifayətlənmir, ayrı-ayrı fənlərin geniş spektrinə, xü-susilə də fiziologiya, farmakologiya, cərrahlıq, mamalıq, bakteriologiya və gigiyena kimi elm sahələrinə nüfuz edirdilər. Uzun illər müalicəvi otları öyrənən, özündən sonra müalicəvi bitkilər və təbabətin tarixi haqda əsərlər qoyub gedən İbn Cülcül (?-992), həmçinin görkəmli əndəlüslü həkim və diaqnost, otuza yaxın əsəri bizə gəlib çatmış Əbu Cəfər ibn Cəzzar (?-1009) bu dövrün ən tanınmış həkimləri idilər. Əbdül-lətif əl-Bağdadi (1162-1231) anatomiya sahəsindəki işləri ilə məşhurdur. O, özündən əvvəlki təbabətdə mövcud olan bir çox səhvləri, məsələn, sümüklərin anatomiyası sahəsində alt çənə və döş qəfəsinin quruluşu ilə bağlı o vaxta qədər hakim olan yanlış fikir və təsəvvürləri aradan qaldırıb. Əbdüllətif əl-Bağdadinin "əl-İfadə vəl-İtibar" əsəri 1788-ci ildə nəşr olunaraq latın, alman və fransız dillərinə tərcümə edilmişdi. Onun "Makalatun fil-Həvəs" əsərində beş hiss orqanı təhlil edilir.
İnsan kəlləsi sümüklərinin dəqiq sayını və qulaq seyvanında üç kiçik sümüyün olmasını ilk dəfə müsəlman anatomları müəyyən ediblər. Anatomiya ilə məşğul olan müsəlman alimlərindən birinci yeri İbn Sinaya (980-1037) vermək lazımdır. Gənc yaşlarında ədəbiyyatı, riyaziyyatı, həndəsəni, fizikanı, təbiət elmlərini, fəlsəfə və məntiqi öyrənən İbn Sina sonralar nəinki təkcə Şərqdə, həm də bütün Qərbdə məşhur oldu.
Onun ən məşhur traktatı olan "əl-Qanun fit-Tibb" əsəri ərəb dilində yazılmışdı. Bu əsər XII əsrdə latın dilinə tərcümə olundu və Avropa universitetlərində ta XVII əsrə qədər əsas dərs vəsaiti kimi istifadə edildi. Bu əsərdə bir çox xəstəliklərin və onların dərmanlarının sistematik təsviri verilir. Bundan əlavə, İbn Sina fəlsəfə və təbiət elmləri üzrə 100-dən artıq elmi əsər yaradıb. Adıçəkilən "əl-Qanun fit-Tibb"də yer alan tibbi məlumatlar öz əhəmiyyətini bu gün də qoruyur.
Zəkəriyyə Qəzvini (1203-1283) beyin və ürək haqqında hələ Aristotelin dövründən mövcud olan bir çox səhv fikirləri təkzib etdi. Onun ürək və beyin haqda verdiyi məlumatlar bizim bu vacib orqanlar haqda bugünkü təsəvvürümüzə çox yaxındır.
Zəkəriyyə Qəzvininin, Həmdullah Müstəvfinin (1281-1350) və İbnun Nəfisin anatomiya üzrə əsərləri müasir təbabət elminin bünövrəsini qoydular. Bu alimlər ürəklə ağciyərin əlaqəsini, arteriyaların təmiz, venanın isə çirkli qanı daşıdığını, qanın ağciyərdə təmizləndiyini, təmiz qanın ürəyə qayıdaraq aorta vasitəsilə beyinə və bədənin digər orqanlarına paylandığını hələ XIII-XIV əsrlərdə bildirirdilər.
Əli bin İsa (?-1038) üç cilddən ibarət "Təzkirətül-Kəhhəlin fil-Ayn və Əmradi-hə" əsərinin müəllifidir. Bu elmi əsərin birinci cildi bütövlükdə gözün anatomiyasına həsr edilib və burada çox qiymətli məlumatlar var. Sonralar bu elmi əsər latın və alman dillərinə tərcümə edilmişdir.
Məhəmməd Əbu Bəkr Zəkəriyyə Razi (865-925), Əbu Səhl Yəhya əl-Məsihi (969-1010), Bürhanəddin Nəfis (?-1438), İsmayıl Cürcani (?-1136), Kütbuddin Şirazi (1236-1310), Mənsur bin Muhəmməd, Əbdülqasım Zəhravi - bunlar təbabət və anatomiyanın inkişaf tarixində vacib yer tutmuş müsəlman alimlərinin yalnız bəzilərinin adlarıdır.
Müsəlman alimləri təbabət və anatomiyadan əlavə elmin digər sahələrinə də böyük töhfələr vermişlər. Məsələn, XI əsrdə yaşayan Biruni Yerin fırlanma faktını Qalileydən 660 il əvvəl sübut edib və Yer kürəsinin diametrini Nyutondan 700 il əvvəl hesablayıb. XV əsrdə yaşamış Əli Quşçu Ayın xəritəsini hamıdan əvvəl hazırlayıb və Ay səthinin sahələrindən biri bu gün onun adını daşıyır. IX əsrdə yaşamış Sabit bin Qürrə diferensial hesablamanı Nyutondan bir neçə əsr əvvəl kəşf edib. Triqonometriyanı ilk dəfə X əsrdə yaşamış Bəttani kəşf etmişdir. Onun müasiri Əbdül Vəfa isə triqonometriyaya "tangens", "kotangens", "sekans", "kosekans" terminlərini gətirmişdir.
Xarəzmi X əsrdə cəbrə aid ilk kitabını yazdı. Məğribi hazırda "Paskal üçbu-cağı" kimi tanınan tənliyi Paskaldan 600 il əvvəl həll edib. XI əsrdə yaşamış İbn Heysəm optikanın təməlini qoyub. Rocer Bekon və İohann Kepler onun əsərlərindən istifadə edirdilər. Qaliley onun elmi əsərlərinə əsaslanaraq teleskopu kəşf etdi. Kindi relyativist fizikanın əsaslarını və nisbilik nəzəriyyəsini Eynşteyndən 1100 il əvvəl hazırladı. Ağşəmsəddin mikrobların mövcudluğunu Pasterdən təxminən 400 il əvvəl ilk dəfə kəşf etdi. Əli ben Abbas XI əsrdə yaşayıb və xərçəng şişinin kəsilib götürülməsi üzrə ilk dəfə cərrahiyyə əməliyyatı aparıb. Həmin dövrdə yaşayan İbn Cəs-sar isə cüzam xəstəliyinin səbəblərini aşkar edib və onun müalicə üsullarını təklif edib.
Bunlar böyük elmi kəşflər edən və müasir elmin bünövrəsini qoyan müsəlman alimlərinin yalnız bəzilərinin adlarıdır.
Əgər biz indi Qərb sivilizasiyasına üz tutsaq, Qərbdə də müasir elmin yaranmasının Allah`a inam əsasında baş verdiyini görərik. "Elmi inqilab əsri" kimi tanınan 17-ci yüzillik öz tədqiqatlarını Allah tərəfindən yaradılmış kainatı və təbiəti dərk etmək niyyəti ilə aparan alimlərin adları ilə doludur.
Bu dövrdə İngiltərə və Fransada yaranan elmi institutların məqsədi "Allah`ı ilahi qanunları kəşf etməklə tanımaqdır". Bu cərəyan XVIII əsrdə də qorunub saxlanmışdır. Nyuton, Kepler, Kopernik, Bekon, Qaliley, Paskal, Boyl, Peyli, Küvye - bunlar həm elmin inkişafın xeyli töhfələr vermiş, həm də Allah`a inamları ilə tanınmış alimlərin yalnız bəzilərinin adlarıdır (Daha ətraflı bilgi almaq üçün "Allah`a inanan alimlər" bölümünə baxın).
Bu alimlər sadəcə olaraq Allah`a inanmırdılar, həmçinin elmlə məşğul olmaq üçün inamdan ilham alırdılar. Bunun sübutlarından biri XIX əsrin əvvəllərində İngiltərədə dərc edilən və "Briolqtwatel Treatises" adı ilə tanınan elmi əsərlər silsiləsidir. Alimlərin böyük bir qrupu elmin müxtəlif sahələrində tədqiqatlar aparmış və onların nəticələrini "Allah`ın yaratdığı təbiətdə və kainatda sülh və harmoniyanın sübutları" kimi müəyyən etmişdir. Alimlərin istifadə etdiyi üsul "Natural Theoloqy" ("Təbii ilahiyyat") termini ilə müəyyən olunurdu. Bunu "Allah`ı təbiət vasitəsilə anlamaq" prinsipinə aid etmək olar.
"Briolqewater Treatises"in rəhbəri Uilyam Peyli 1802-ci ildə "Natural Theoloqy: or, Evidence of The Existence and Dttributes Oftle Deity, Cdlected franthe Arrearances of Nature" ("Təbii ilahiyyat və ya təbiət hadisələrindən götürülmüş Allah`ın əlamətləri və varlığının aşkarlığı") adlı kitab dərc etdirdi. Peyli bu kitabda anatomiyaya dair hərtərəfli məlumatlar verir və bütün canlı orqanizmlərin yaradıldığı layihənin mövcudluğunu sübut edən misallar gətirir.
Sonralar Peylinin nümunələrindən Kral Cəmiyyətinin buraxdığı alimlərə müraciətində istifadə edildi. Bu mətndə alimlərə aşağıdakı məsələlər üzrə tədqiqatlar aparmağa çağırış var idi: "Allahın Gözəlliyi, Qüdrəti və Ağlı haqqında və Onun yaratma aktını sübut edən bütün rasional düşüncələr və dəlillər. Məsələn, Allahın yaradılışı olan müxtəlif heyvanların, bitki və metalların yaranması; həzm sisteminin və qidanı təkrar həzm etmə prosesinin təfsilatları; insan quruluşu layihəsini göstərən misallar və digər mümkün rasional arqumentlər: qədim və müasir elmlər, incəsənət və bütün ədəbiyyat..."
Allahnın varlığının sübutlarını axtarmaq çağırışına xeyli alim cavab verdi və çox mühüm elmi əsərlər dərc edildi.
Aşağıda biz "Briolqewater Theatises" silsiləsində yer alan əsərlərin siyahısını və onların müəlliflərinin adlarını sadalayırıq:
* "İnsanın əxlaqı və zəkası ilə təbiətin harmoniyası" (Tomas Çalmers);
* "Kimya və meteorologiya" (Uilyam Praut);
* "Heyvanların instinktləri. Onların vərdişləri və keçmişi" (Uilyam Kirbi);
* "İnsanın əli: layihənin nümunəsi" (Ser Çarlz Bell);
* "Geologiya və mədən işləri" (Din Bakland);
* "Təbiətin və insanın fiziki quruluşunun harmoniyası" (C.Kidd);
* "Astronomiya və ümumi fizika" (Uilyam Uivell);
* "Bitkilərin və heyvanların fiziologiyası" (P.M.Rocet).
"Briolqewater Theatises" elmlə din arasındakı harmoniyanın parlaq nümunələrindən biridir. Bu silsilənin dərcindən sonra və əvvəl görülmüş əksər işlərin əsas məqsədi həmçinin Allah`ın yaratdığı kainatı tanımaq və bu yolla Onun Əzəmətini dərk etmək idi.
Elmin bu kursdan uzaqlaşması isə XIX əsrdə qərb mədəniyyətində Avropa-da müəyyən ictimai-siyasi şəraitin yaranmasına gətirib çıxaran materialist fəlsəfənin hökmranlığı səbəbindən baş verdi. Bu proses özünün aydın ifadəsini Darvinin təkamül nəzəriyyəsində tapdı, bunun nəticəsində elmlə dini əvvəllər olduğunun ziddinə olaraq biliyin bir-birinə zidd olan iki mənbəyi hesab etməyə başladılar.
İngilis tədqiqatçıları Maykl Beycent, Riçard Lay və Henri Linkoln bu barədə belə şərh verirlər:
"Darvindən bir il yarım əvvəl elm dindən ayrılmırdı, əksinə, elm dinin bir parçası idi və məqsədi dinə xidmət etmək idi...
Lakin Darvinin zamanında elm əvvəllər olan mənasını itirdi və özünü dinin tam rəqibi və alternativi kimi müəyyən etdi. Və bundan sonra bəşəriyyət onların ikisi arasında seçim etmək məcburiyyətində qaldı".40
Ancaq dinlə elm arasında zorla tətbiq edilən ayrılma bizim dövrümüzdə elmin etdiyi kəşflərlə aradan qaldırılır. Din bizə kainatın heç nədən yaradıldığını öyrədir, elm bunun üçün dəlillər təqdim edir.
Din bizə öyrədir ki, canlı orqanizmlər Allah tərəfindən yaradılıb, elm isə canlı orqanizmdə layihənin mövcudluğunun xeyrinə dəlillər gətirir və bu həqiqətin sübutunu təqdim edir. Maykl Denton "Nature Destiny" adlı kitabının sonunda deyir:
"Bir vaxtlar ateizmin və skeptisizmin ən böyük müttəfiqi sayılan elm ikinci minilliyin sonunda nəhayət ki, nə vaxtsa Nyutonun və onun tərəfdarlarının görmək istədikləri kimi antroposentrik dünyagörüşünün ən böyük tərəfdarına çevrilir".41
Antroposentrik dünyagörüşü isə dünyanın Allah tərəfindən insan üçün yaradılmasına olan inamdır.
Elmin irəli sürdüyü bu müddəa bir çox alimləri tədricən Allah`a səmimi şəkildə inanmağa məcbur edir. Görkəmli biokimyaçı Maykl Behe bunu təsdiqləyərək belə deyir:
"Yaradana və ya təbiətin o biri tərəfindəki müəyyən həqiqətə inanan alimlərin sayı məşhur kütləvi informasiya vasitələrinin təqdim etməyə çalışdığından xeyli çoxdur. Bütövlükdə inananların sayı ümumi əhalinin 90 faizini təşkil edir və alimlər arasında vəziyyətin başqa cür olduğunu fikirləşməyə heç bir səbəb yoxdur".42
Materialistlər bu situasiyada yalnız müxtəlif təzyiq mexanizmlərini daxil etməyin köməyi ilə elmi zorla dəyişdirmək cəhdi göstərirlər. Qərb ölkələrində alimin karyera qazanması, dosent və ya professor kimi rütbələr alması, öz materiallarını elmi jurnallarda dərc etdirməsi üçün o, müəyyən tələblərə cavab verməlidir. Təkamül nəzəriyyəsini qeyd-şərtsiz və danışıqsız qəbul etmək ən əsas tələbdir. Elə bu səbəblə də Darvinin nağıllarına əsla inanmayan bəzi alimlər onu rəsmən qəbul edirlər və onlar yaradılış sübutlarını nəzərə almamağa məcburdur.
Vaşinqton Universitetindən olan sosioloq Rodni Stark "Scientific American" jurnalının 1999-cu il sentyabr nömrəsindəki "Amerikada alimlər və din" adlı məqalədə alimlərə edilən təzyiqlər haqda danışır. O yazır:
"Artıq 200 ildir ki, "alim olmaq istəyirsənsə, sən öz ağlını dinin bütün zəncirlərindən tamam təmizləməlisən" fikri beyinlərə yeridilir... Universitetlərdəki dindar insanlar susurlar. Allah`sızlar üstünlük təşkil edirlər. Yuxarı pillələrdə isə Allah`sızlığa görə mükafatlandırma sistemi mövcuddur".43
Materialistlərin dinə qarşı apardığı mübarizənin başqa nümunəsi əvvəldə qeyd etdiyimiz kimi, təbliğat üsullarıdır. "Din elmlə vuruşur" və ya "elm materialist olmalıdır" iddiaları bu təbliğatın əsas elementləridir. İndi isə, gəlin görək, bu iddiaları nə üçün məntiqi və düzgün saymaq olmaz.