YEKUN


Yuxarıda nəzərdən keçirdiklərimiz bizə bir aydın məsələni göstərir: Quran bütün məzmunu həqiqi olan bir kitabdır. Onun ayələrində insanların onun nazil edildiyi dövrdə bilə bilməyəcəyi həqiqətlər xəbər verilib. Əlbəttə, bu, Quranın insan sözü olmadığını təkzibedilməz sübutudur. Quran hər şeyi heç nədən yaradan və Özünün bütün yaratdıqlarına bələd olan Allah-Təalanın sözüdür.

Ayələrdən birində Allah buyurur:

"Onlar Quran barəsində düşünməzlərmi? Əgər o, Allah`dan qeyrisi tərəfindən olsaydı, əlbəttə, onda çoxlu ziddiyyət tapardılar". (Nisa surəsi, 82)

Quranda heç bir yanlışlıq və ikimənalılıq yoxdur, onda olan bilgilər hər gün bu İlahi kitabın yeni-yeni möcüzələrini açıqlayır.

İnsana gəlincə isə o, Allah`ın nazil etdiyi Qurana etibar etməli və onu həyat-da öz bələdçisi kimi qəbul etməlidir. Allah-Təala bizə bu sözlərlə müraciət edir:

"Bu nazil etdiyimiz mübarək bir kitabdır, Ona tabe olun və Allah`dan qorxun ki, bəlkə, sizə rəhm edilsin!" (Ənam surəsi, 155)