Materİalİstlərİn yanaşmasındakı mühafİzəkarlıq və mövhumatçılıq
Təbii ki, müəyyən baxışları olan hər alim öz gümanlarının elmi faktlarla təsdiqlənəcəyini və ya təkzib ediləcəyini yoxlayır. Alim azadlığı - dərk etmək azadlığı da elə budur. Məsələn, bir insan Yerin düz səthə malik müstəvi olduğunu iddia edə və bu məsələ üzrə tədqiqat apara bilər. Bu zaman vacib olan məsələ onun bu tədqiqatın gedişində alınmış nəticələri necə qiymətləndirməsidir. Elmi məlumatları qərəzsiz qiymətləndirən alim Yerin müstəvi olması haqda heç bir sübut tapmayacaq. Əksinə, o, Yerin dairəvi olduğunu təsdiqləyən saysız-hesabsız dəlillərlə qarşılaşacaq. Bu halda, insan öz ilkin iddialarından çəkinməli və həqiqətə beyinlərə yeridilmiş hər hansı yanlış fikir olmadan müraciət etməlidir.
Bu, həmçinin materializmə aiddir. Elm təsdiqləyib ki, materiya mütləq mahiyyət deyil və onun öz başlanğıcı olub. Bundan əlavə, materiyada müəyyən fövqəltəbii layihənin olmasına dair işarələr var. Beləliklə, materiyanı öyrənən materialist alimlər gördülər ki, nəzəriyyələri səhvdir, həqiqət onların inandıqlarına tamamilə ziddir.
Ancaq bu insanlar indi də materializmə kor-koranə bağlılıqlarını və öz inamlarından imtina etməməkdə heyrətamiz inadkarlıq nümayiş etdirirlər.
Görkəmli təkamülçü və materialist, Harvard Universitetinin genetika professoru Riçard Levontin materialistlərin bu mövhumatçı davranışını etiraf edərək deyir:
"Biz materializmə inanırıq, bu inam aprior"dur (əvvəlcədən həqiqət kimi qə-bul edilmiş aksioma). Qeyri-elmi metod və qaydalar bizi dünyaya materialist şərh verməyə vadar edir. Əksinə, materializmə "apriori" bağlılıq ucbatından biz kainatı materialist nöqteyi-nəzərdən izah edən tədqiqat metodlarını və anlayışlarını fikirləşib tapırıq. Materializm tam düzgün olduğu üçün biz hansısa ilahi izahın əmələ gəlməsinə yol verə bilmərik".44
R.Levontin bütün materialistlərin nöqteyi-nəzərini açıq söyləyir. Bu deyilənlərdən də göründüyü kimi, materialistlər, əvvəlcə, öz ideologiyalarını yeridir, sonra isə bu ideologiyanı qaynaqlandıran faktları axtarırlar. Yəni materializm alimlərin elmi tədqiqatların sonunda gəldikləri nəticə deyil, onların yalnız elmə calamağa çalışdıqları səhv fikirdir.
Oxşar durumu başqa bir alimin baxışları da əks etdirir. Görkəmli təkamülçü Robert Şapiro "Oriqins: A Skertics Guide to Creation of Lide on Earth" ("Mənbələr: Yer üzündə həyatın yaranmasına münasibətdə skeptikin bələdçisi") adlanan kitabında təkamül nəzəriyyəsinə bağlılığını bu sözlərlə ifadə edir:
"Nə vaxtsa gələcəkdə bütün ciddi kimyəvi sınaqlar həyatın yaranması haqda gümanların tam yanlışlığını göstərə bilər. Bundan əlavə, yeni geoloji dəlillər Yer üzündə həyatın ani olaraq yarandığını sübut edə bilər. Sonda bütün varlığı öyrənərək biz artıq heç bir yerdə həyatın izləri və ya həyatın yaranmasına səbəb olan proseslərlə qarşılaşa bilmərik. Bu halda, əksər alimlər bu suala cavab almaq üçün dinə müraciət edə bilərlər. Ancaq digərləri, o cümlədən də mən qalan elmi izahlardan az güman edilən də olsa birini, daha çox güman ediləni seçmək cəhdi göstərəcəyik".45
R.Şapiron: "Biz elmi izahın axtarışına davam edəcəyik", - deyərkən nəzərdə tutduğu məsələ, əslində, materialist izahdır. Materializmə kor-koranə bağlılıq Şapironu və minlərlə onun kimilərini yalnız mövhumatçı inkarçılığa aparır. Onların, əslində, demək istədikləri budur: "Bizə nə qədər sübutlar göstərsələr də, biz yenə də Allah`a inanmayacağıq!"
Maraqlıdır ki, bu mərəz təkcə bizim dövrün materialistlərinə xas deyil. Allah Quranda onu inkar etməklə kifayətlənən bu cür insanlar haqda vacib məlumatlar verir. Məsələn, misirlilər onlara xeyli möcüzələr göstərən Musa peyğəmbərə (ə.v.) dedilər:
"Sən bizi ovsunlamaq üçün nə möcüzə gətirsən də, yenə sənə iman gətirən deyilik!" (Əraf surəsi, 32)
O dövrün misirliləri müasir materialistlər kimi düşünürdü. Bu cür insanlar haqda Allah başqa ayələrdə buyurur:
"Onların içərisində səni dinləyənlər də vardır. Lakin onu başa düşməsinlər deyə, onların ürəklərinə pərdə çəkdik, qulaqlarına da karlıq verdik. Onlar hər hansı bir möcüzə görsələr, yenə də ona inanmazlar. Hətta yanına gəldikdə səninlə höcətləşərlər. Kafir olanlar isə: "Bu, qədimlərdə olanların uydurduğu əfsanələrdən başqa bir şey deyildir!” -deyərlər". (Ənam surəsi, 25)
"Allah`a ürəkdən and içdilər ki, əgər onlara bir ayə gəlsə, ona mütləq inanacaqlar. De: "Ayələr ancaq Allah`ın yanındadır. Siz nədən bilirsiniz ki, onlara ayə gəldikdə yenə də iman gətirməyəcəklər?" (Ənam surəsi, 109)