Yaradılış dəlİllərİ


Əgər həqiqətən növlər o biri növlərdən tədricən inkişaf edərək törəmişsə, niyə saysız ara-keçid formasına rast gəlmirik? Niyə bütün təbiət bir qarışıqlıq halında deyil, əksinə tam olaraq təyin olunmuş və yerli yerindədir? Saysız ara-keçid forması olmalı, lakin nə üçün yer üzünün sayıla bilməyən laylarında onları tapa bilmirik... Nə üçün hər geoloji quruluş və hər təbəqə belə qalıqlarla dolu deyil? ...bəlkə də bu mənim nəzəriyyəmə qarşı irəli sürüləcək ən böyük etiraz olacaq. (Charles Darwin, The Origin of Species, s. 172, 280)

KONFİÇİUSORNİS (Conficusiornis)

YAŞ: 120 milyon illik

DÖVR: Təbaşir

TAPILDIĞI YER: Liaoning, Çin


Hazırda yaşayan quşlarla eyni olan Confuciosornis Sanctus adlandırılan bu quş barədə Science et Vie adlı jurnalda belə bəhs olunur: “Confuciosornis Sanctus adlandırılan bu fosili araşdıran Çin və ABŞ paleontologlarına görə söhbət birinci dərəcəli bir kəşfdən gedir. Toyuq boyda olan bu uçan quş 157 milyon yaşındadır… Yenə də Archeopteryxdən daha yaşlıdır.” (Jean Philippe Noel, es Oiseaux de la Discorde Science et Vie, no: 961, səh.83, oktyabr 1997) Bu kəşf bir həqiqəti bəyan edir: Confuciosornis quşunun guya quşların atası hesab olunan bir canlıyla eyni bir dövrdə yaşaması və hazırda yaşayan quşlara həddən atrıq bənzəməsi təkamülçülərin iddialarının etibarsızlığını göstərir. Quşlarla sürünənlər arasında strukturca çox fərq var. Bunların ən vacibi sümüklərin quruluşudur. Təkamülçülərin quşların atası saydığı dinozavrlar böyük və cüssəli olduqlarına görə, sümükləri qalın və içi doludur. Əvəzində istər yaşayan, istərsə də nəsli tükənmiş bütün quşlarda sümüklərin içi boşdur və bunun sayəsində sümüklər çox yüngüldür. Belə yüngül sümük quruluşu quşların uçması üçün çox vacibdir.

TISBAĞA

YAŞ: 33 milyon illik

DÖVR: Oliqotsen

TAPILDIĞI YER: Convers Qraflığı, Vayominq ştatı, ABŞ

Digər elmlər kimi paleontologiya da Darvinin uydurmalarının elmdən kənar olduğunu sübut edən saysız-hesabsız dəlil təqdim edir. Bunlardan biri də şəkildəki 33 milyon illik tısbağa fosilidir. Tısbağaların on milyon illər ərzində dəyişmədiyini göstərən bu fosil təkamülçülərin yalanlarını ifşa edir.



BİTKİ VƏ CANLILARIN DAŞLAŞMIŞ QALIQLARI HƏR ŞEYİN TƏKAMÜL MEXANİZMLƏRİ ƏSASINDA DEYİL, ALLAH TƏRƏFİNDƏN YARADILDIĞINI SÜBUT EDİR.

HÖRÜMÇƏK

YAŞ: 25 miyon illik

DÖVR: Oliqotsen

TAPILDIĞI YER: Dominikan Respublikası

Milyonlarla il əvvəl yaşamış hörümçəklər hazırda yaşayan hörümçəklərin bütün xüsusuiyyətlərini daşıyırdılar. 25 milyon illik kəhrəba içindəki hörümçək fosili bu həqiqətin dəlillərindəndir. Milyonlarla il keçsə də hörümçəklər həmişə hörümçək, arılar həmişə arı olublar. Heç bir canlı təkamüllə əmələ gəlməyib, bütün canlılar Allahın yaratmasıyla mövcuddurlar.