DAĞLARIN HƏRƏKƏTİ
Quran ayələrindən birində xəbər verilir ki, dağlar heç də göründüyü kimi hərəkətsiz deyillər. Əksinə, onlar öz yerlərini fasiləsiz olaraq dəyişirlər.
Oxşar hadisə dağlarla onların yerləşdiyi Yer qabığı sahələrinin hərəkəti nəticəsində də baş verir. Yer qabığı özü isə daha möhkəm mantiya qatının düz üstü ilə üzür. XX əsrin əvvəllərində ilk dəfə alman alimi Alfred Vegener Yerin yarandığı ilk dövrlərdə bütün qitələrin bir yerdə olduqlarını, sonra isə bir-birindən ayrıldıqlarını söylədi.
Geoloqlar isə Vegenerin haqlı olduğunu yalnız onun ölümündən 50 il sonra, 1980-ci illərdə anlaya bildilər. Vegenerin 1915-ci ildə öz məqalələrinin birində bildirdiyi kimi, Yer səthinin quru hissələri hələ 500 milyon il əvvəl birləşmişdilər və Pangey adı verilən bu fövqəlqitə cənub qütbü rayonunda yerləşirdi.
Pangey təxminən 180 milyon il əvvəl iki yerə bölünmüşdü. Müxtəlif tərəflərə cəzb olunub aparılan bu iki qitədən biri Afrika, Avstraliya, Antarktida və İndostanı birləşdirirdi. Onu Hondvana adlandırırdılar. İkinci Şimali Amerika, Avropa və İndostansız Asiyanı birləşdirən qitə isə Lavrasiya adını aldı. Bu bölünmədən sonrakı 150 milyon ildə isə Hondvana və Lavrasiya müxtəlif dövrlərdə daha kiçik hissələrə bölündülər.
Pangeyin bölünməsi ilə bu şəkildə əmələ gələn qitələr dəniz və quru hissələrin nisbətini daim dəyişərək Yerin üstündə ildə bir neçə santimetr sürətlə hərəkət edirlər.
Yer qabığının XX əsrin əvvəllərində kəşf edilmiş bu hərəkəti elmi ədəbiyyatda belə izah edilir:
"Yerin Yer qabığı və üst mantiya qatları ilə əmələ gəlmiş 100 km qalınlığındakı səthi pilətələrdən ibarətdir. Altı böyük və xeyli xırda pilətələr mövcuddur. "Pilətələrin tektonikası" adını almış nəzəriyyəyə görə, onlar Yerin səthində öz üzərilərində həm qitələri, həm də okeanların diblərini daşıyaraq hərəkət edirlər. Materiklə-rin ildə 1 sm-dən 5 sm-ə qədər hərəkət etdikləri hesablanıb. Onlar hərəkət etdikcə Yerin coğrafiyası tədricən dəyişir. Məsələn, Atlantik okeanı hər il bir az genişlənir".48
Burada bir vacib məqamı qeyd etmək lazımdır: Allah Quran ayələrində dağların hərəkətini "daşıma" və ya "yerimə" kimi müəyyən edib. Müasir alimlər bu hə-rəkətə ad vermək üçün "Continental Drift", yəni "qitələrin sürüşməsi" terminindən istifadə edirlər.49
Elmin bu günlərdə kəşf etdiyi bu həqiqət Quranda xəbər verilib və şübhəsiz ki, onun möcüzələrindən biridir.