"ƏLƏQ" - BƏTNDƏN ASILIB QALMA


İnsanın əmələ gəlməsi haqqında Quranda verilən məlumatları araşdırmağa davam etdiyimiz zaman yenə də bir çox mühüm elmi möcüzələrlə qarşılaşırıq.

Kişidən gələn sperma və qadındakı yumurta birləşərkən doğulacaq uşağın ilk özəyi - rüşeym əmələ gəlmiş olur. Biologiyada "ziqota" adlandırılan bu tək hüceyrə əsla vaxt itirmədən bölünərək çoxalacaq və getdikcə kiçik ət parçası halına gələcək.

Ancaq ziqota bu cür böyüməsini boşuna həyata keçirmir. O, ana bətninin divarından asılıb qalır. Malik olduğu çıxıntılar sayəsində torpağa yapışan köklər kimi bura yapışır. Ziqota özünün inkişafı üçün ehtiyac duyduğu zəruri qida maddələrini məhz həmin köklər sayəsində ananın orqanizmindən əmə bilir.

Burada çox mühüm bir Quran möcüzəsi ortaya çıxır. Allah Quranda ana bətninə yapışaraq inkişafa başlayan ziqotadan bəhs edərkən "ələq" kəlməsini işlədir:

"Yoxdan yaradan Rəbbinin adı ilə oxu. O, insanı ələqdən yaratdı. Oxu! Sənin Rəbbin ən böyük kərəm sahibidir". (Ələq surəsi, 1-3)

"Ələq" kəlməsinin ərəbcədəki mənası isə "bir yerdən asılıb qalan, bir yerdən yapışıb tutan şey" deməkdir. Bu kəlmə dəriyə yapışaraq oradan qan soran zəlilər haqqında da işlədilir.

Şübhəsiz, ana bətnində inkişaf etməkdə olan ziqotanın bu xüsusiyyətini açıb göstərən kəlmədən istifadə olunması Quranın aləmlərin Rəbbi olan Allah`ın sözü olmasını bir daha təsdiq edir.