Canlılarda kamuflyaj


Heyvanlardakı müdafiə taktikalarının ən əhəmiyyətlilərindən biri də şübhəsiz ki, kamuflyajdır. Kamuflyaj edən canlılar yaşadıqları mühitə çox uyğun şəkildə yaradılan bədən quruluşları ilə sanki xüsusi qorunma altına alınıblar. Bu canlıların bədənləri yaşadıqları mühitlə o qədər uyğundur ki, şəkillərinə baxdıqda bəzilərinin bir bitkiyə, yoxsa heyvana aid olduğunu anlamaq, ya da eyni mühitdə olan heyvanla bitkini bir-birindən fərqləndirmək demək olar ki, qeyri-mümkündür.

Yeddi göy, yer və onlarda olanlar Ona təriflər deyir. Elə bir şey yoxdur ki, həmd ilə Ona tərif deməsin, lakin siz onların tərifini anlamazsınız. Həqiqətən, O, Həlimdir, Bağışlayandır. (İsra surəsi, 44)

Yaşadıqları mühitin rənglərinə görə öz rənglərini dəyişdirən canlılar hər zaman elm adamlarının diqqətini cəlb etmişdir. Bir canlının özündən tamamilə fərqli quruluşdakı bir canlıya eynilənecə bənzədiyi sualının cavabını tapa bilmək üçün tədqiqatlar aparılır.

Məsələn, bağçada gəzərkən yarpaq zənn etdiyiniz üçün az qala ayaqladığınız qurbağanın hansı əməliyyatları apararaq o naxışlara və rəngə sahib olduğunu heç düşünmüsünüzmü? Qurbağanın kamuflyajı çox əhəmiyyətli müdafiə vasitəsidir. Bu sayədə yaşadığı mühitdə görünməz hala gələn qurbağa düşmənlərindən asanlıqla xilas olur.

Çəhrayı çiçəyin üzərindəki çəhrayı hörümçək, çiçəkdəki tünd və ya açıq çəhrayı rəngi eynilə təqlid edərkən, eyni növ hörümçəyin başqa növü fərqli bir çiçəyin üzərində məsələn, sarı çiçəyin üzərində - sarı rəngə bürünür.

İnsan budağa baxıb üzərində heç nə olmadığını zənn edərkən anidən bir kəpənək uçub gedir. Bir saniyə əvvəl üzərindəki qurumuş və qopmuş naxışlarına qədər eynilə bir yarpağa bənzəyən bu kəpənək kamuflyaj möcüzəsinin qüsursuz nümunəsidir.

Canlıların, üzərində olduqları cisimlərə bənzəməsi düşmənlərinin onları görmələrinin qarşısını alır. Əlbəttə, kamuflyaj edən canlılar qorunmaq məqsədi ilə bədənlərini yarpağa, budağa, ya da bir çiçəyə özləri bənzətmirlər. Hətta onlar bu bənzərliklər sayəsində qorunduqlarının fərqində belə deyillər. Amma buna baxmayaraq, istisnasız bütün nümunələrdə kamuflyaj çox ustalıqla edilir. Çiçəyin rəngi ilə eyni olan böcək, yarpaq budağı kimi hərəkətsiz dayanan ilan, yaş torpağın rənginə bürünən qurbağa, qısacası kamuflyaj edən bütün canlılar, kamuflyajın xüsusi olaraq yaradılmış müdafiə taktikası olduğunu sübut edən bir dəlildir.

Heç bir canlı bu əməliyyatı öz-özünə, ya da təsadüfən həyata keçirə bilməz. Əlbəttə ki, canlılara kamuflyaj qabiliyyətini verən, rənglərini dəyişmək üçün kimya laboratoriyalarını bədənlərinə yerləşdirən üstün ağıl və məlumat sahibi Allahdır.