DAĞLARIN FUNKSİYASI
Quranda dağların vacib geoloji funksiyasına diqqət yetirilir:
"Yer onları silkələməsin deyə, orada möhkəm dağlar yaratdıq; onlar rahat gedib çata bilsinlər deyə, orada geniş yollar əmələ gətirdik". (Ənbiya surəsi, 31)
Diqqət yetirmək lazımdır ki, Quranda dağların zəlzələlər haqqında əvvəlcə-dən xəbərdarlıq etmək kimi funksiyasından bəhs edilir.
İnsanlara Quranın nazil edildiyi dövrdə əsla məlum olmayan bu həqiqət indi müasir elmi kəşflərin nəticəsində müəyyən edilib. Geoloji tədqiqatlara görə, dağlar Yer qabığını əmələ gətirən nəhəng lövhələrin (pilətələrin) hərəkət etməsindən və toqquşmasından yaranır.
İki lövhə toqquşduqda onlardan daha dayanıqlısı az dayanıqlının altına gedir. Üstdə qalan massiv əyilərək qalxır və dağları əmələ gətirir. Yerin altında qalan isə daha da dərinliklərə gedir. Yəni Yer səthi üzərində olan massivlərdən əlavə Yerin altında dağların yerüstü hissəsinin həcminə bərabər davamı var.
Beləliklə, dağlar Yerin üstündə və altında Yer qabığı lövhələrinin toqquşduğu yerlərdən dartınaraq sanki onlar üçün "pərçimləmə" vasitəsi rolunu oynayırlar. Dağlar Yer qabığını bu şəkildə bərkidərək lövhələrin bir-birinə nisbətdə sürüşməsinə mane olur. Başqa sözlə, biz dağları öz aralarında lövhələri birləşdirən və saxlayan mismarlarla müqayisə edə bilərik.
Quranın başqa ayəsində dağlar öz təyinatına görə dirəklərlə müqayisə edilirlər:
"Məgər Biz yeri döşək etmədikmi?! Dağları da dirək?!" (Nəbə surəsi, 6-7)
Elmi ədəbiyyatda dağların bu bərkidici rolu "izostaziya" termini ilə müəyyən edilir. Bu sözün mənası belədir:
"İzostasiya (geologiyada) - Yer qabığının ümumi tarazlığının Yerin cazibə qüvvəsinin hərəkəti sayəsində dağlar tərəfindən təmin edilməsi".47
Gördüyümüz kimi, neçə əsr əvvəl nazil edilmiş Qurani-kərimdə dağların yalnız müasir seysmoloji tədqiqatlar nəticəsində məlum olmuş bu həyati vacib funksiyası haqda Allah`ın yaradılışda göstərdiyi ali müdrikliyinin nümunəsi kimi danışılır.