ALLAH`A İMAN GƏTİRƏN ELM ADAMLARI


Materialistlər və ateistlər hansı şəkildə səy göstərsələr də, danılmaz bir həqiqət var: bizi əhatə edən dünyanın elm tərəfindən öyrənilən bütün fenomenlərini Allah yaradıb. Deməli, rasional və vicdanlı yanaşmada elm və din daim harmoniya halında olacaqlar. Bu cür əməkdaşlığın rəmzləri keçmişdə yaşamış və hazırda yaşayan Allah`a inanan alimlərdir. Bu insanlar öz kəşfləri ilə bütün bəşəriyyətə böyük faydalar veriblər.

Təbiət qanunlarının tədqiqi ilə məşğul olan, yeni kəşflər edən, kainatın sirlərini açmağa can atan alim əsl həqiqətdə Allah`ın yaratdıqlarını dərindən öyrənən və onlar haqda bütün lazımi məlumatları öyrənməyə cəhd edən insandır. Bu səbəblə, elm və din bölünməz, tam, alim isə Allah`ın yaratdıqlarında ortaya qoyduğu nəhayətsiz və heç nə ilə müqayisə edilməyəcək qüdrət və əzəmətini dərk edən insandır. Buna görə də alimlər geniş yayılmış bir nöqteyi-nəzərin əksinə olaraq Allah`ın yaratdıqları ilə daha çox maraqlanan insanlar kimi Onun mövcudluğunu və vahidliyini başqa insanlardan daha tez dərk edirlər.

Öz intellektual potensialından tam şəkildə istifadə edən və elmə böyük töhfələr verən xeyli alimin adı bizə əsrlər boyunca məlum oldu. Bu insanlar elmlə dinin harmoniyada olmasını nümayiş etdirməklə yanaşı, bəşəriyyətə xidmət etdilər. Kainatın Allah tərəfindən yaradıldığı, nizama salındığı və daim tamamilə Onun hökmranlığı altında qalacağı fikri elmin inkişafının gedişatını müəyyən edən Nyuton, Kepler, Leonardo da Vinçi, Eynşteyn kimi alimlərin apardığı tədqiqat və müşahidələrin nəticəsində təsdiqlənib. Bundan əlavə, iddia etmək olar ki, elmin əsas prinsipləri Yaradana inanan insanlar tərəfindən qoyulmuşdur və din müasir elmin yaranmasında əsas rol oynayıb.

Bütün dövrlərin ən görkəmli alimi hesab edilən İsaak Nyutonun kainat haqqında baxışları bu sözlərlə aydın ifadə edilə bilər:

"Günəş sisteminin qəribə strukturu, planet və kometaların möcüzəli mexanizmi yalnız kiminsə böyük biliyi və gücü sayəsində mövcud ola bilər. O, tək Yerin ruhuna deyil, ümumiyyətlə, bütün canlılara rəhbərlik edir. O, Allah`dır!"52

Həmçinn məlumdur ki, Allah-Təalaya inam görkəmli alim Keplerin işinə istiqamət verirdi. Fizika sahəsində xidmətlərinə və fon kosmik şüalanmasının tədqiq edilməsinə görə 1978-ci ildə Nobel mükafatına layiq görülmüş Arno Penzias, İohann Kepler haqda bunları deyirdi:

"Müəyyən yeganə mərkəz ətrafında fırlanma haqqındakı fikir Allah`a inanan Keplerə qədər gedib çıxırdı. Kepler dindar insan idi. O, Müqəddəs Əhdi-ətiqi və Vahid Yaradanı etiraf edirdi. O dövrdən etibarən əsrlər ərzində böyük mübarizə getdi. Alimlərin hələ ümidi var. Kepler isə öz ümidini inamda tapdı".53

Biz kitabın bu bölümünü dindar insanlar olaraq müasir elmin əsasını qoyan və onun inkişafına səbəb olmuş keçmiş və hazırkı alimlərin fəaliyyətinə həsr edirik. Bu bölümdə haqqında söhbət açılan insanlar kainatı və həyatı Allah`ın yaratdığına inanırdılar. Frensis Bekon onların baxışlarını ümumiləşdirərək deyirdi:

"Bütün mövcudluq və məxluqat Allah`ın əməlidir. Onun bütün yaratdıqları Yaradanın hər şeyi bildiyinə və hər şeyə qadir olduğuna işarə edir. Bütün dünya Allah`ın yaratdığıdır".53

Allah Quranın bir çox ayələrində buyurur ki, yaradılanlar haqda düşünməyə imkan əldə etmək, Allah qarşısında lazımi dərəcədə qorxunu dərk etmək və onun böyüklüyünü və gücünü anlamaq üçün alim və ya bilikli olmaq lazımdır. Bu ayələrdən bir neçəsi belədir:

Evlərin ən zəifi isə, şübhəsiz ki, hörümçək yuvasıdır. Kaş biləydilər! Şübhəsiz ki, Allah onların Allah`ı qoyub nəyə ibadət etdiklərini bilir. O, yenilməz qüvvət, hikmət sahibidir! Biz bu məsəlləri insanlar üçün çəkirik. Onları yalnız haqqı bilənlər anlayarlar. Allah göyləri və yeri haqq olaraq yaratmışdır. Həqiqətən, bunda möminlər üçün bir ibrət vardır! (Ənkəbut surəsi, 41-44)

Göylərin və yerin yaradılışı, dillərinizin və rənglərinizin müxtəlifliyi də Onun qüdrət əlamətlərindəndir. Şübhəsiz ki, bunda bilənlər üçün nişanələr vardır! (Rum surəsi, 22)


Allah Özündən başqa heç bir Allah olmadığına şahiddir. Mələklər və elm sahibləri də haqqa-ədalətə boyun qoyaraq O qüvvət, hikmət sahibindən başqa ibadətə layiq heç bir varlıq olmadığına şəhadət verdilər. (Ali-İmran surəsi, 18)

Lakin onların elmdə qüvvətli olanları və möminləri sənə nazil edilənə və səndən əvvəl nazil olanlara inanır, namaz qılır, zəkat verir, Allah`a və axirət gününə iman gətirirlər. Biz, əlbəttə, onlara böyük mükafat verəcəyik! (Nisa surəsi, 162)





Allah’a İnam alİmlərə böyük İlham və ruh yüksəklİyİ bəxş edİr


Əvvəl qeyd etdiyimiz kimi, din elmi təşviq və təqdir edərək rəğbətləndirir və elmlə məşğul olan şüurlu və vicdanlı insanlar Allah`ın mövcudluğunun sübutları ilə başqalarından çox rastlaşırlar. İş burasındadır ki, alimlər hər tədqiqatda, hər yeni kəşfdə Allah`ın yaratdığı mükəmməl sistem, çox gözəl mexanizm və ya qüsursuz təfsilatla qarşılaşmalı olurlar.

Məsələn, insan gözünün öyrənilməsi ilə məşğul olan alim insanın quruluşunun kompleks sistemini gördükdə dərhal başa düşəcək ki, bu gözlər təsadüfən, tədricən, mərhələli şəkildə yarana bilməz. Gözü daha dərindən öyrəndikdə isə onun quruluşundakı hər bir detalın heyrətamiz şəkildə yaradılmasının şahidi olacaq. Alim gözün öz aralarında tam harmoniyada fəaliyyət göstərən onlarla ayrı-ayrı ele-mentlərdən ibarət olduğunu görəcək. Onun bu harmoniyanı Yaradanın qarşısında ehtiramı böyük olacaq.

Bu şəkildə, kainatı öyrənən alim, eyni zamanda, minlərlə möcüzəvi uyğun-luqlar görəcək. Ucsuz-bucaqsız kosmosda milyardlarla qalaktikanın və milyardlarla ulduzun bir-biri ilə böyük harmoniyada olmasının dərk edilməsi onu daha böyük tədqiqatlara ruhlandıracaq.

Mömin insan kainatın sirlərini dərk etməkdə və elmi tədqiqatlar aparmaq tə-şəbbüsündə məhz bu səbəbdən çox qətiyyətli və inadkardır. Bizim dövrün görkəmli dahilərindən hesab edilən mömin alim Albert Eynşteyn öz əsərlərinin birində din-dən aldığı həyatverici gücü belə təsvir edir:

"Mən hansısa kosmik mənbəyi olan dini hissin elmi tədqiqatlarda xüsusilə kəskin surətdə yaşanıldığını iddia edə bilərəm. Şübhəsiz, ilk elmi konsepsiyaları yaradanlar bu hissi daha güclü yaşayıblar. Kainatın quruluşunun elmi, rasional dərk edilməsi insana ən dərin inam hissi verir. Uzunmüddətli çalışmalardan sonra kainatı anlamaq Keplerə və Nyutona bu cür dərin hissləri bəxş etdi.

Elmi tədqiqatların yalnız praktiki sahəsində qalanlar isə bu fakta hər zaman və hər yerdə yanlış izahlar verirdilər. Bu intuisiya və ilham yalnız ömrünü elmə həsr edənlərin ürəklərini doldurur və ancaq bu insanlar min bir əziyyətə baxmayaraq öz axtarışlarını davam etdirirlər. Onlar bu gücü dini hissdən alırlar. Müasirlərimizdən biri çox düzgün ifadə edib ki, bizim materialist əsrimizdə ən dərin dini duyğuları pozitiv elmə ilk yol açanlar yaşadılar".1


İohann Kepler qeyd edirdi ki, o, elmlə Yaradanın xəlq etdiklərinin ləzzətini hiss etmək üçün məşğul olub. Tarixdə ən dahi alimlərdən olan İsaak Nyuton onu elmi tədqiqatlara sövq edən səbəb kimi Allah`ı tapmaq və anlamaq istəyini göstərirdi. Biz sizin nəzərinizə dünya tarixində ən əhəmiyyətli rol oynayan alimlərdən yalnız bir neçəsinin dediklərini çatdırdıq. Bizim növbəti bölümlərdə bəhs edəcəyimiz bu insanlar və onlara bənzəyən yüzlərlə tədqiqatçılar kainatı öyrənərək Allah`ın yaratdığı qanun və fenomenlərin gözəlliyinə heyran qalaraq Allah`ın mövcudluğuna inandılar və elmdə daha çox işlər görmək arzusunu hiss etdilər.

Aydın olduğu kimi, Allah`ın kainatı necə yaratdığını görmək arzusu bir çox alimlər üçün ən böyük ilham mənbəyi idi. Kainatın və onda olan canlıların yaradıldığını anlayan insan, eyni zamanda, bu yaradılma aktının müəyyən məqsəd daşıdığını dərk edir. Təbii ki, hər məqsədin bir mənası var. Onun mənasını tutmaq, varlığının sübutlarını tapmaq, təfsilatı ilə öyrənmək arzusu elmi tədqiqatlara böyük güc verir. Lakin kainatın və canlı orqanizmlərin yaradılma faktı inkar edilirsə, adıçəkilən məna da itir. Məsələn, materialist fəlsəfəni və darvinizmi əsas götürən alim kainatda heç bir məqsədin olmadığını, bütün varlıqların kor-koranə şəraitin bəhrəsi olduğunu hesab etməlidir. Buradan belə nəticə çıxır ki, nə kainatda, nə də canlı orqanizmlərin tədqiq edilməsində həqiqi məna yoxdur. Eynşteyn bu həqiqəti bu sözlərlə ümumiləşdirir:

"Dini hiss itdikdə elm heç bir ilham qaynağı olmayan xalis eksperimentçiliyə çevrilir".2

Bu halda, alimin yeganə məqsədi öz kəşfinin sayəsində məşhurlaşmaq, tarixdə iz qoymaq və ya çoxlu pul qazanmaq istəyi ola bilər. Bu cür məqsədlər onu səmimiyyətdən və elmi ləyaqət hissindən uzaqlaşdıra bilər. Əgər onun elmi kəşflərindən doğan nəticə elm aləmində geniş yayılan və üstünlük təşkil edən nöqteyi-nəzərə ziddirsə, bu alim öz şöhrətini itirməkdən, alçaldılmaqdan və töhmətlənməkdən qorxaraq meydana çıxarılmış həqiqəti gizlətmək məcburiyyətində qala bilər.

Bu cür qeyri-səmimiliyə nümunə olaraq elm aləminin uzun illər qəbul etdiyi təkamül nəzəriyyəsini göstərmək olar. Reallıqda elmi faktlarla üz-üzə qalan əksər alimlər təkamül nəzəriyyəsinin həyat fenomenini izah etməkdən çox uzaqda olduğunu gördülər, ancaq onların bir çoxu bu cür addımın nəticələrindən qorxaraq öz mülahizələrini söyləmədilər. Amerika fiziki X.S.Lipson isə bu barədə öz etirafını söylədi:

"Biz canlı orqanizmlər haqda Darvinin bildiklərindən xeyli çox bilirik. Məsələn, biz sinirlərin necə işlədiyini bilirik və mənim fikrimcə, hər sinir elektrik mühəndisliyinin şah əsəridir. Milyardlarla belə sinir bizim bədənimizdə yerləşib... Bu halda, mənim ağlıma "məna" sözü gəlir. Ancaq bu söz mənim bioloq həmkarlarımın heç də xoşlarına gəlmir".3

Yaradılma aktını bildirən "layihə" sözünü elmi ədəbiyyatdan bu söz, yalnız kiminsə ürəyinə yatmadığı üçün kənarlaşdırmaq istəyirlər və bir çox alimlər bu cür ehkamçı xəttin qarşısında baş əyirlər. X.S.Lipson bunu özünün aşağıdakı sözləri ilə təsdiqləyir:

"Əslində, təkamül nəzəriyyəsi elmi dinə çevrilib; demək olar ki, bütün alimlər bu dini qəbul ediblər və onların əksəriyyəti bu nəzəriyyə ilə razılaşmaq üçün şəxsi müşahidələrinin nəticələrinə düzəliş etməyə hazırdır".4

XIX əsrin ortalarından etibarən elmi aləmdə bərqərar olmuş bu cür əyrilik Eynşteynin təbirincə desək, "topal" elmin nöqsanlarının nəticəsi oldu.5

Bu səbəblə də bu yanılma, eyni zamanda, elm aləmini yalançı məqsədlərə doğru yönəldir və bu məqsədlərin yanlışlığını görən, ancaq susmağa üstünlük verən alimləri tərbiyələndirir.

Qeyd etdiyimiz iki amillərdən birincisini biz bu kitabın növbəti səhifələrində nəzərdən keçirəcəyik.


İman gətİrən alİmlərİn şövqlü xİdmətİ


Allah`ın varlığına və Onun əzəmətinə inanan alimlərdə şöhrət, pul, hansısa mühüm vəzifəni tutmaq və ya ad-san almaq arzusu yoxdur, onların öz tədqiqatlarına sərf etdiyi səylər tamamilə səmimidir. Bu insanlar kəşf etdikləri hər sirrin insanlara Allah haqqında bilik verəcəyini, onlara sonsuz ilahi qüdrəti və ilahi biliyi nümayiş etdirəcəyini bilirlər. Şübhəsiz ki, insanlara Allah`ın mövcudluğu haqda danışmaq, onlara yaradılışın həqiqiliyini çatdırmaq dindar insan üçün bir növ Allah`a itaətdir.

Qəlblərində bu cür səmimi hisslər bəsləyən dindar alimlər kainatın qanunlarını açmaq, canlı orqanizmlərdəki mükəmməl mexanizmləri, təbiətin qəribə sistemlərini öyrənmək və onları dərk etmək üçün bütün ömürləri boyu böyük şövq və ilhamla işləyirlər. Bu işlər çox səmərəli olur və önə doğru xeyli irəliləyişi təmin edir. Bu yolda qarşılaşdıqları çətinliklər onları qorxutmur. İnsanlardan öz əməklərinin qarşılığında heç bir mükafat almamaq qorxusu onların ruhunu zəiflətmir, çünki onların əməyinin məqsədi yüksək rəğbəti - uca Allah`ın rəğbət və təqdirini qazanmaqdır.

İlahi tərəfindən bəyənilmək üçün onlar başqa mömin insanlara da xeyir gətirməyə səy göstərirlər. Bunun üçün onlara heç bir sərhəd yoxdur. Allah bu insanlara bu cür səmimi cəhd üçün istedad və işləmək qabiliyyəti bəxş edib, onların əməkləri daima yalnız xeyirli bəhrələr verir.

Kim elmin dindən kənar inkişaf etməli olduğunu düşünürsə, o, şübhəsiz ki, ciddi yanlışlığa yol verir. Hər şeydən əvvəl Allah`a inanmayan alimlər dinin verdiyi mənəvi şövq və ilhamı, ruh yüksəkliyini hiss edə bilməzlər. Onların şövqlə başladıqları elmi tədqiqatlar bir müddətdən sonra onlara bəlkə də usandırıcı və cansıxıcı gəlir. Belə dünyagörüşünə malik olan insanların həyati məqsədi bu fani və qısamüddətli dünya həyatında mənfəətə nail olmaqdır. Qəlbini fani dünyaya hərislik hissi çulğamış bu insanlar bir qayda olaraq yalnız onların istəklərini təmin edə bilən tədqiqatlarla məşğul olurlar. Məsələn, əgər bu cür alimin qarşısında iki mövzunu tədqiq etmək seçimi durubsa, o, əlbəttə, xeyli maddi nailiyyətlər, daha artıq nüfuz gətirən və ona hansısa hörmətli vəzifə tutmaq imkanı verən işi seçər, digər mövzudan isə imtina edər. Hətta bu tədqiqatın insanlara daha çox xeyir gətirəcəyini bilsə belə. Başqa sözlə, belə alimlər öz şəxsi mənfəətlərini təmin etmədikdə heç vaxt digər insanların rifahı naminə çalışmaz, bəşəriyyətə xidmət etməyə razı olmazlar. Onların məşğul olduqları işin maddi tərəfi, hansısa vəzifə və ya rütbə almaq, insanların nəzərində şöhrətlənmək və hörmət qazanmaq və ya şəxsi maraqlarını hansısa şansla təmin etmək imkanı itsə, işə olan həvəsləri də o saat sönərək yoxa çıxar.

Allah`a inanan insanın keçirdiyi sevinc və ruh yüksəkliyi hissi onun qarşısında tək elmdə deyil, incəsənətdə və mədəniyyətin başqa sahələrində də geniş imkanlar açır. Bu hisslər daimidir. Onlar tükənmirlər, əksinə, zaman keçdikcə daha da güclənirlər.


YEKUN


Din insanlara kainat və onları əhatə edən həyat haqda ən dəqiq məlumatları verən mənbədir. Ancaq "inam" dedikdə biz, əslində, yeganə etibar edəcəyimizi nəzərdə tuturuq. Bu, Qurandır. Çünki başqa müqəddəs kitablar insanlar tərəfindən təhrif edilmişlər və onlar hazırkı şəkillərində İlahi vəhyin müstəsnalığını və toxunulmazlığını itiriblər.

Yalnız Quran Allah`ın dəyişilməz sözüdür. Onda ziddiyyətlər yoxdur. Bu kitab Allah-təalanın bəndələri üçün yolgöstərəndir:

"Şübhəsiz ki, Quranı Biz nazil etdik və sözsüz ki, Biz də onu qoruyub saxlayacağıq!" (Hicr surəsi, 9).

Bu ayədə Allah bizə Quran ayələrinin həqiqiliyi və Özünün onların dəyişilməzliyini qoruduğu haqda xəbər verir. Buna görə də əgər elm Quranın göstərdiyi, Yaradanın əvvəlcədən müəyyən etdiyi yolla getsə, o, daha böyük sürətlə inkişaf etməyə başlayacaq. Əgər alimlər dinə zidd olan yola üstünlük verəcəklərsə, bu, onlar üçün yalnız zaman və mənasız material itkisi demək olacaq. Bu halda isə insan biliyinin inkişafı ləngiyəcək.

Elmin digər sahələrdə olduğu kimi, ardınca getməli olduğu yeganə düzgün yol Allah`ın Quranda qeyd etdiyi yoldur. Əmr edildiyi kimi:

"Həqiqətən, bu Quran ən doğru yola yönəldir, yaxşı işlər görən möminlərə böyük bir mükafata nail olacaqları ilə müjdə verir!" (İsra surəsi, 9)