UŞAĞIN ANA BƏTNİNDƏKİ ÜÇ DÖVRÜ
Quranda insanın ana bətnində üç mərhələli bir proseslə yaradıldığı bildirilir.
Bu gün müasir biologiya elmi uşağın ana bətnindəki embrioloji inkişafının üç fərqli mərhələdə baş verdiyini ortaya qoyub.
Bu gün universitetlərin tibb fakültələrində dərs vəsaiti kimi istifadə olunan bütün embriologiya kitablarında bu mövzu ən fundamental araşdırma mövzuları sırasındadır. Məsələn, embriologiya haqqında əsas kitablardan biri olan "Basic Human Embriology" ("Əsas insan embriologiyası") adlı kitabda bu həqiqət belə ifadə edilir: "Bətndəki həyat üç mərhələdən əmələ gəlir: preembrionik və ya embrionaqədərki (ilk 2,5 həftə), embrion və ya rüşeym (8-ci həftənin sonuna qədər) və fetal (8-ci həftədən doğuşa qədər) mərhələləri".51
Tibbi dildə "trimeester", yəni "üç dövr" adlandırılan bu mərhələlər uşağın fərqli inkişaf mərhələlərindən ibarətdir. Bu üç inkişaf mərhələsinin bəlli xüsusiyyətləri qısaca şəkildə belədir:
-Preembrionik mərhələ. Ziqota əsasən "1-ci meester" olaraq xatırlanan bu ilk mərhələdə bölünərək çoxalır, bir hüceyrə kütləsi halına gəldikdən sonra özünü bətn divarına yapışdırır, hüceyrələr çoxalmağa davam edəndə 3 təbəqə halında təşkilatlanır.
-Embrionik mərhələ. "2-ci meester" kimi tanınan ikinci mərhələ cəmi 5,5 həftə davam edir və canlı bu müddət ərzində "embrion" və ya "rüşeym" adlandırılır. Bu mərhələdə hüceyrə təbəqələrindən bədənin başlıca əzaları, təməl orqan və sistemləri əmələ gəlir.
-Fetal mərhələ. Hamiləliyin "3-cü meester"i adlandırılan mərhələyə daxil olanda rüşeym (embrion) artıq "fetus" adlandırılır. Bu mərhələ hamiləliyin 8-ci həftəsindən etibarən başlayır və doğuşa qədər davam edir. Əvvəlki mərhələdən fərqlənən xüsusiyyəti isə fetusun üzü, əlləri və ayaqları aydın bilinən və insanın xarici görünüşünə malik olan bir canlıya çevrilməsidir. Mərhələnin başlanğıcında döl 3 sm ölçüdə olsa da onun bütün orqanları əmələ gəlir. Bu mərhələ 30 həftəyədək, inkişaf prosesi isə doğuş həftəsinə qədər davam edir.
Dölün ana bətnindəki inkişafı haqqındakı bu məlumatlar yalnız müasir texnoloji avadanlıqların köməyi ilə aparılmış müşahidələr sayəsində əldə edilib. Ancaq göründüyü kimi, bu məlumatlar da bir çox digər elmi həqiqətlər kimi yalnız Quran ayələrində möcüzəvi şəkildə xəbər verilmişdir. Bəşəriyyətin təbabət sahəsində heç bir müfəssəl biliyə sahib olmadığı dövrlərdə Quranda bu dərəcədə dolğun, ətraflı və səhih bilgilərin verilməsi şübhəsiz ki, Quranın Allah kəlamı olduğunun aşkar sübutudur.