"Elm materİalİst olmalıdır" İddİası
"Elm yalnız materiyanı öyrənir, deməli, o, materialist olmalıdır" şəkilli şablon iddia materialistlər üçün digər təbliğat vasitəsi rolunda çıxış edir. Bu ifadə üzərində bir az düşünən insan bunun yalnız söz oyunu olduğunu görər. Doğrudur, elm yalnız materiyanı öyrənir, ancaq bu, o demək deyil ki, elm materialist olmalıdır. Çünki materiyanı öyrənmək və materialist olmaq ayrı-ayrı şeylərdir.
Biz materiyanı öyrənəndə belə nəticəyə gəlirik ki, bu materiyada müəyyən layihə və onun özünün yarada bilmədiyi nəhəng həcmdə informasiya var. Biz bu layihəni və informasiyanı bilavasitə qavramasaq da, yenə də onların şüurlu yaradıldıqları nəticəsinə gəlirik. Məsələn, bir mağaranı təsəvvür edək, dəqiq bilmirik, bizdən əvvəl ora kimsə girib, ya yox. Biz mağaraya girdikdə onun divarlarında böyük ustalıqla çəkilmiş heyrətamiz rəsmlər görsək, bizdən əvvəl burada hansısa şüurlu varlığın olduğunu və divarlardakı bu rəsmi onun qoyub getdiyini düşünərik. Biz onun özünü görməyə bilərik, amma bu rəsmlər əsasında onun mövcudluğu nəticəsinə gələrik.
Məhz bu üsulla elm təbiəti tədqiq edir və belə bir yekun qənaətə gəlir ki, təbiətdə yalnız materiyanın o tərəfində yerləşən yüksək Şüurun yarada biləcəyi və maddi amillərlə izah edilməyən nizam və qayda-qanun, deməli, kainatda müəyyən layihə var. Başqa sözlə, elm maddi aləmdə hər yanda və hər yerdə Allah`ın yaradılış aktının və Onun ali müdrikliyinin aşkar sübutlarını tapır.