ELMƏ "KAİNATDA HEÇ BİR MƏNA YOXDUR" İDDİASI İLƏ VURULAN ZƏRƏR


Materialistlər kainatın əbədi mövcud olmasını iddia etdikləri kimi kainatın həm də heç bir məqsədinin və mənasının olmadığı fikri üzərində israr edirdilər. Onlar hesab edirdilər ki, kainatda olan bütün bərabərlik, harmoniya və uyğunluq məhz təsadüflərin nəticəsidir. Bu nöqteyi-nəzər yenə də XIX əsrin ikinci yarısında üstünlük təşkil edir və əksər elmi işlərin istiqamətini müəyyənləşdirirdi.

Məsələn, kainatda hansısa bir səbəbin olmadığını sübut etmək üçün "xaos nəzəriyyəsi" adlı hipotez irəli sürülmüşdü. Bu nəzəriyyəyə görə, qayda-qanunun xaosdan özbaşına əmələ gələ bilməsi iddia edilirdi və bu iddianı sübut etmək üçün nəhəng həcmdə iş də görülmüşdü. "Kainatın xaosun məhsulu olduğunu necə göstərmək olar" sualına cavab vermək üçün riyazi hesablamalar, fizika sahəsində nəzəri işlər, fiziki təcrübələr və kimyəvi tədqiqatlar aparılırdı.

Ancaq hər yeni tədqiqat xaos və təsadüfilik haqda hipotezləri daha da əsassız edir və hətta əksinə, kainatda hansısa böyük layihənin olmasına dair yeni-yeni sübutlar tapılırdı. Tədqiqatların nəticələri, xüsusən 60-cı illərdə göstərirdi ki, kainatda olan bütün fiziki əlaqələr insanın yaşaması hesabı ilə çox dəqiq tənzim edilib. Elmi biliklərin dərinləşməsi ilə müəyyən edilib ki, təbiətin fiziki, kimyəvi və bioloji qanunları, kainatda əsas fəaliyyətdə olan yer cazibə və ya elektromaqnetizm tipli qüvvələr, atom və elementlərin strukturu insan həyatının mümkünlüyünü tam şəkildə təmin etmək üçün tənzimlənərək müəyyən qayda-qanunlar əsasında sistemləşdirilmişdir. Qərb alimləri bu gün bu fövqəltəbii layihəni "insan prinsipi" (Anthroric Princirle) adlandırır. Bu prinsip kainatdakı hər bir detalın insan həyatını nəzərə alaraq layihələndirildiyini təsdiq edir.

Bu nəticə ilə yanaşı, o da aydın oldu ki, materialist fəlsəfənin elmi təngə gətirdiyi "kainat özündə heç bir məqsəd və məna daşımayan materiya kütləsidir" təsəvvürü, həmçinin "kainat hadisələr vasitəsi ilə işləyir" iddiası, əslində, qeyri-elmi uydurmadır. Məşhur molekulyar bioloq Maykl Denton özünün "Natures Destinu: How the Laws of Bioloqy Reveal Purrose in the Universe" (Təbiətin alın yazısı: biologiya qanunları kainatın məqsədinə necə işarə edir) adlı kitabında bu mövzunu belə şərh edir:

"XX əsrin astronomiyasının elmə təqdim etdiyi yeni mənzərə son dörd əsrdə elmi dairələrdə geniş yayılmış hipotezə qarşı əsl üsyandır. Bu hipotez kainatdakı həyatın təsadüfən əmələ gəlməsi və elə də vacib fenomen olmaması haqqında təsəvvürdür. Müasir fizikanın və kosmologiyanın əldə etdikləri sübutlar XVII əsrdə təbii ilahiyyat tərəfdarlarının onlara uyğun müasir səviyyədə axtarıb tapa bilmədikləri sübutlardır".9

Bu sitatda qeyd edilmiş təbii ilahiyyat tərəfdarları XVII-XVIII əsrlərdə yaşamış və Allah`ın mövcudluğunu sübut etməyi və ateizmi rədd etməyi öz qarşılarına məqsəd qoymuş dindar alimlər idilər.

Bu sitatda qeyd edildiyi kimi, o dövrün elminin zəif səviyyəsi bu alimlərin iddialarının yetərincə sübutla təmin edilməməsinin səbəbi idi və materializm elmin ibtidai səviyyəsi sayəsində möhkəmlənərək XIX əsrdə elmdə hakim mövqe tutdu. Amma XX əsrin elmi elmi inkişafın gedişini kökündən dəyişdi və kainatın Allah tərəfindən yaradılması haqda tutarlı dəlillər axtarıb tapdı.

Burada elmin "kainatda heç bir səbəb, məna və məqsəd yoxdur" sözləri ilə ifadə edilmiş materialist cəfəngiyatı üzündən itirdiklərinə diqqət yetirmək gərəkdir. Bu uydurmanı təsdiq etmək üçün irəli sürülmüş bütün nəzəriyyələr, formullar, riyazi tənliklər, fizik-nəzəriyyəçilərin gördüyü işlər boş yerə qüvvə sərf edilməsi demək oldu.

İrqçi ideologiya İkinci dünya müharibəsini alovlandırıb bəşəriyyəti fəlakətə gətirib çıxardığı kimi, materialist fəlsəfə də elmi zülmətə düçar etdi. Əgər materialist uydurmasının əvəzinə elm kainatın Allah tərəfindən yaradıldığı həqiqətini əsas götürsəydi, elmi tədqiqatlar lazımi istiqamətdə aparılardı.