ELMİ KƏŞFLƏR TƏKAMÜLÇÜLƏRİN ARZUSUNUN ZİDDİNƏ OLARAQ YARADILIŞIN MÜBAHİSƏSİZLİYİNİ SÜBUT EDİR
Bu bölümün əvvəlində qeyd edildiyi kimi, səhv konsepsiyalar elmi idarə edərək zaman, pul, bəhrəsiz əmək sərf edilməsinə gətirib çıxarır. XVIII əsrdən başlayaraq materialistlər elmdə şəriksiz hökmranlıq edirdilər və demək olar ki, bütün elmi işlər materializmin müddəalarını elmi cəhətdən sübut etmək üçün aparılırdı. Materializmin postulatlarını təkzib edən elmi faktlar ya gizlədilir, ya da cəmiyyətə təhrif olunmuş şəkildə təqdim edilirdi. Maraqlıdır ki, təkamülçülər təcrübə və tədqiqatların gedişində təkamülün sübutunu tapmağa cəhd edərkən daima yaradılışın sübutunu aşkar edirdilər. Allah`a inananlar isə elmdə əzab və çətinliklərlə qarşılaşmırlar, çünki mövcud sistemləri öyrənmək, onunla əlaqəli elmi faktları axtarmaq elə də çətin iş deyil. Mövcud olmayan sübutları axtarmaq isə təkamülçülərin öz təbirincə desək, həqiqətən də, həm kədərli və sıxıntılı işdir, həm də başağrısıdır.
Belə vəziyyətin ən parlaq nümunələrindən biri Kembri dövrünə aid olan paleontoloji kəşflərdir. Kembri yer üzündə həyatın ilk izlərinin aşkar edildiyi və təxminən 550 milyon il bundan əvvəl başlamış dövrün adıdır. Bu dövrdəki bütün canlı orqanizmlər öz inkişaflarının artıq yüksək pilləsindədirlər və son dərəcə mürəkkəb sistemə malikdirlər. Məsələn, nəsli kəsilmiş tripobitlər olduqca mürəkkəb "şanaox-şar" (fasetəbənzər (faset - bir çox həşəratın ayrı-ayrı sadə gözlərdən ibarət mürəkkəb gözləri)) göz quruluşuna malik idilər.
Yüzlərlə linzalardan ibarət olan bu cür gözlərin quruluşu bizim dövrdə yaşayan bəzi həşəratların, məsələn, iynəcənin göz quruluşuna bənzəyir. Kembri qatlarında heç bir əcdadı olmadan bu cür mürəkkəb quruluşlu canlı orqanizmlərin qəfildən ortaya çıxması təkamülçülər üçün başağrısına çevrildi. Bu elmi kəşflər yaradılış faktına açıq işarədir.
Məşhur ingilis təkamülçü alimi, zooloq Riçard Doukins bütün kəşflərin yaradılış faktına işarə etdiyini etiraf edərək deyir:
"...Kembri qatları bizim, əsasən, onurğasızlar sinfinin nümayəndələrini aşkar etdiyimiz ən qədim qatlardır. İlk dəfə məhz burada aşkar edilsə də, onlar göz önündə artıq tam təkmilləşmiş formalarda dururlar, sanki arxalarında heç bir təkamül tarixi olmadan birdən-birə, indi olduqları şəkildə əmələ gəliblər. Təbii ki, ani yaranma yaradılış hipotezinin tərəfdarlarını yetərincə qane edir".36
Paleontologiya sahəsində tələb edilən nəticələrin olmaması təkamül nəzəriyyəsinin ən böyük çətinliklərindən biridir.
Yuxarıda qeyd etdiyimiz kimi, təkamülçülər təkamülü sübut etmək üçün onilliklərlə keçid formaları (yəni bir orqanizm növlərinin təkamül yolu ilə inkişafının gedişatında başqalarına çevrilməsini əks etdirən canlıların qalıqlarını) axtarırlar. Ancaq Yer üzündə bu cür məxluqlar heç vaxt olmadığı üçün onlar heç nə tapa bilmədilər.
Təkamülçü paleontoloq Mark Zarnetski keçid formalarının qazıntı halında olan qalıqlarını tapmağın təkamülçülərə nəsib olmadığı faktını təsdiq edərək deyirdi:
"Təkamül nəzəriyyəsinin sübutunun yolunda daima duran ən böyük maneə qazıntı halındakı tapıntılar idi. Bu tapıntılar sırasında Darvinin mövcudluğunu güman etdiyi ara keçid formalarının izləri heç vaxt aşkar edilməmişdir. Növlər qəflətən yarandıqları kimi, qəflətən də yox olurlar. Bu cür qətiyyən gözlənilməyən vəziyyət Allah`ın növləri yaratdığı hipotezi tərəfdarlarının dəlillərini dəstəkləyir".37
Bunu təkamülçülər də sözarası etiraf edir ki, təkamül sübutlarının istənilən elmi axtarışı heç nə ilə bitmir, heç vaxt müsbət nəticə vermir. Beləliklə, dünyada hər şeyin təsadüfən baş verdiyini hesab edən təkamülçü alimlərin apardığı tədqiqatlar bir aşkar həqiqətlə qarşılaşır: bütün canlı məxluqlar mükəmməl formada Allah - yerin və göylərin Rəbbi tərəfindən yaradılıb...