DƏNİZLƏRİN BİR-BİRİNƏ QARIŞMAMASI
Dənizlərin alimlər tərəfindən yaxın keçmişdə kəşf edilən bir xüsusiyyəti haqda Quranda belə deyilir:
"Suları şirin və acı olan) iri dənizi O qovuşdurdu. Amma onların arasında maneə vardır, bir-birinə qatışmazlar" (Rəhman surəsi, 19-20)
Dənizlərin bir-biri ilə maneəsiz şəkildə birləşdikləri halda, onların sularının bir-birinə heç bir halda qarışmaması barədə Quranda qeyd olunan xüsusiyyətini okeanoloqlar bu yaxınlarda aşkar ediblər. Aşkar edilib ki, iki qonşu dənizin suları "səthi gərilmə" adlandırılan fiziki güc sayəsində bir-birinə qarışmırlar. Suyun sıxlıq fərqlərindən yaranan bu qüvvə onların arasında dəqiq bir şəkildə görünməz divar ucaldaraq iki dənizin suyunun bir-birinə qarışmasına mane olur.
Təbii ki, olduqca maraqlıdır ki, insanlar nə səthi gərilmə, nə okeanologiya, nə də fizika haqda heç nə bilmədikləri dövrdə Quran bu həqiqəti bildirmişdi.