AŞILAYICI KÜLƏKLƏR
Quran ayələrinin birində küləyin aşılama kimi xüsusiyyətinə, həmçinin bu küləklərin hərəkəti nəticəsində yağışların əmələ gəlməsinə işarə edilir.
Quran ayəsində yağıntıların əmələ gəlməsində əsas rolu küləklərin oynadığına diqqət yetirilir. Bununla yanaşı, bu əsrin əvvəlinə qədər elmə küləklərlə yağıntılar arasında əlaqə olması haqda heç nə məlum deyildi. Ancaq müasir meteoroloji tədqiqatlar küləklərin yağışın yağmasında həlledici rol oynadığını anlamağa imkan verdi.
Küləklərin aşılama təsiri bu şəkildə həyata keçir. Dəniz və okeanların üzərində köpüklənmə ucbatından hər an xeyli miqdarda hava qabarcıqları əmələ gəlir. Bu qabarcıqlar partladıqda millimetrin yüzdə bir hissəsi diametrindəki yüzlərlə zərrəcik havaya atılır. Aerozol adlanan bu zərrəciklər küləklərin sayəsində qurudan qalxan tozla qarışır və atmosferin üst qatlarına köçürlər. Burada onlar bu zərrəciklərin ətrafına yığışan və su damcılarına dönərək qatılaşan su buxarı ilə toqquşurlar. Bunlar isə öz növbəsində birləşərək buludları əmələ gətirir və müəyyən bir müddətdən sonra yağış şəklində Yerə düşürlər.
Gördüyümüz kimi, küləklər havada sərbəst halda olan su buxarını və dənizin üzərindən gələn zərrəcikləri soyudur. Yağış buludlarının əmələ gəlməsi bu yolla təmin edilir.
Əgər küləklərdə bu xüsusiyyət olmasaydı, atmosferin üst qatlarında heç vaxt su damcıları əmələ gəlməzdi və yağışa bənzər heç bir şeyi təsəvvür belə etmək olmazdı.
Əsas odur ki, küləklərin yağış əmələ gətirən bu vacib funksiyası haqda Quranda xəbər verilmişdir.