GERİYƏ QAYTARAN GÖYLƏR
Quranın "Tariq" surəsinin 11-ci ayəsində göyün qaytarmaq xüsusiyyətindən danışılır:
"And olsun qaytarıb endirən səmaya". (Tariq surəsi, 11)
Maraqlıdır ki, göyün adı Quranda çəkilən bu xüsusiyyəti Quran nazil olduqdan neçə yüz illər sonra elmi yolla müəyyən edilmişdir.
Məlum olduğu kimi, Yeri əhatə edən atmosfer çoxlu qatlardan ibarətdir. Hər qatın həyatın tələbi nöqteyi-nəzərindən öz vacib funksiyası var. Tədqiqatlar zamanı aydın olduğu kimi, hər bir qat ona çatan cismi və ya şüanı dayandırır və onları ya kosmosa, ya də Yerin səthinə doğru istiqamətləndirir.
Məsələn, 13-15 km hündürlüyündə yerləşən troposfer Yer səthindən qalxan su buxarının suya çevrilməsini və onun yağıntı şəklində Yerə qayıtmasını təmin edir.
25 km hündürlüyündə yerləşən ozonosfer kosmosdan gələn ultrabənövşəyi şüaları əks etdirir, şüa yerə çatmamış kosmosa qayıdır.
İonosfer isə Yerdən ötürülən radiodalğaları peyk kimi əks etdirir və bununla məftilsiz əlaqəni, qəbul etməni, radio və telesiqnalların böyük məsafələrə ötürülməsini təmin edir.
Maqnitosferə gəlincə isə o, Günəşdən və başqa ulduzlardan gələn zərərli radioaktiv zərrəciklərin Yerə çatmasına icazə verməyərək onları əks istiqamətə döndərir.