KAİNATIN YARADILMASI
Kainatın yaranması haqda Qurani-Kərimdə belə deyilir:
"O, göyləri və yeri var edəndir. Allah`ın necə övladı ola bilər ki, Onun heç bir yoldaşı yoxdur. Hər şeyi O yaratmışdır. O, hər şeyi biləndir!" (Ənam surəsi, 101)
Quranın bu məlumatı müasir elmin kəşflərinə tamamilə uyğundur. Astrofizikanın gəldiyi yekun nəticə ondan ibarətdir ki, Kainat özünün bütün məkan-zaman ölçüləri ilə birgə nəhəng bir partlayış nəticəsində müəyyən bir sıfır anında yaranıb. Böyük partlayış nəzəriyyəsi (ingilis dilində "Biq Banq") güman edir ki, kainat təxminən 15 milyard il əvvəl bir nöqtədəki partlayış nəticəsində heç nədən yaranıb. Bu gün bu nəzəriyyə alimlər arasında kainatın mövcudluğunun başlanğıcı və yaranması haqda yeganə ümumi qəbul edilmiş gümandır.
Böyük partlayışa qədər maddə adlı heç nə yox idi. Maddə, cərəyan və zaman nə maddənin, nə cərəyanın, nə də zamanın var olmadığı və sırf metafizik "heç nə" kimi müəyyən edilə bilən mühitdə yaradılıb. Müasir fizikanın elan etdiyi bu böyük həqiqəti Quran bizə 1400 il əvvəl xəbər verib.