BARMAQ İZİ


Quranda insanları ölümündən sonra diriltmənin Allah üçün çox asan olması bildirilir və bu zaman insanların xüsusilə barmaqlarının uclarına diqqət edilir.

Barmaq uclarının vurğulanması son dərəcə hikmətamizdir. Çünki bütün insanların barmaq izləri tamamilə bənzərsiz və təkrarsız, tamamilə özünəməxsusdur. Yer üzündə yaşayan hər bir insanın barmaq izi digər insanın barmaq izindən fərqlənir. Bundan başqa tarix boyunca yaşamış insanların barmaq izləri də bir-birindən fərqlidir.

Budur, bu səbəbdən, barmaq izi hər bir kəsə xüsusi bir şəxsiyyət vəsiqəsi sayılır və bütün dünyada bu məqsədlə istifadə olunur.

Burada ən mühüm məsələ barmaq izlərinin özünəməxsusluğunun yalnız XIX əsrin axırlarında kəşf edilməsidir. Ondan əvvəl insanlar barmaq izlərini heç bir xüsusiyyəti və mənası olmayan cizgilər kimi qəbul edirdilər. Quranda isə o dövrdə heç kimin ağlına gəlməyən barmaq izlərindən bəhs olunur və bu izlərin ancaq zamanımızda qeyd edilən əhəmiyyətinə diqqət yetirilir:

Bəli, Biz onun barmaqlarının uclarını da düzəltməyə qadirik! (Qiyamət surəsi, 4)