Böcəklər dünyasındakı kamuflyajçılar
Böcəklər də həm özlərini qorumaq, həm də asan ovlanmaq üçün kamuflyaj texnikalarından istifadə edirlər. Bəzi böcəklər özlərini yarpağa bənzədirlər. Bu bənzərlik elə mükəmməldir ki, yarpağın formasından üzərindəki damarlara qədər heç bir təfərrüat nəzərdən qaçmamışdır. Bəzilərinin qanadında saralmış yarpağın üzərindəki çürüklərə, ləkələrə bənzəyən naxışlar var, bəzisi isə özünü qopmuş yarpaq şəklinə bürümüşdür.
İndi, bu canlılardakı kamuflyaj dizaynı üzərində bir az düşünək.
Bu böcəklər şüura və ağıla sahib deyillər. Həyatda qalmaq üçün yarpağa bənzəməli olduqlarını bilmirlər. Bilsələr də bədənlərinin üzərinə yarpaq şəkili çəkə bilməzlər. Yarpaqlardakı çürükləri, ləkələri təqlid edə bilməzlər. Elə isə böcəyin qanadları üzərində olan və şüurlu şəkildə hazırlandığı açıq olan bu şəkillər kimin əsəridir?
Əlbəttə ki, bu dəyişikliklərin təsadüflərlə meydana gəlməsi mümkün deyil. Bu kiçik böcəklərin qanadlarındakı yarpaq dizaynı canlıların təsadüflərin deyil, Yaradıcının əsəri olduğunu göstərməyə kifayətdir.