İncİl və Tövratın mətnlərİnə əsaslanan tənqİd


Bizim ölkəmizdəki materialistlər elmlə dini bir-birinə qarşı qoymaq istəyəndə orta əsrlər kilsəsinin tarixinin faktları ilə yanaşı, İncil və ya Tövratdan hər hansı bir parça götürməyi və misal kimi bu parçanın elmi kəşflərlə necə zidd olduğunu göstərməyi sevirlər. Ancaq onlar bir şeyi ya görmür, ya da görmək istəmirlər: İncil və Tövrat təhrif olunmuş kitablardır. Onların hər birinə insan əli ilə xeyli uydurma əlavə edilib. Beləliklə, din məsələlərində bu kitabları mötəbər mənbə kimi qəbul etmək son dərəcə səhvdir.

Halbuki, Quran heç bir təhrifə məruz qalmayan, bir hərfi belə dəyişilməyən Allah vəhyidir. Bu səbəblə, Quranda kiçik də olsa səhv və ziddiyyətlər yoxdur. Quranda xəbər verilən bilgilər elmi kəşflərə uyğundur. Bundan əlavə, yalnız bizim əsrdə açıla bilən əksər elmi həqiqətlər insanlara 1400 il əvvəl Qurandakı möcüzələrlə xəbər verilmişdir. Bu, Qurandakı möcüzələrdən biri və Quranın Allah`ın vəhyi olduğunun danılmaz sübutlarından biridir (növbəti bölümlərdə Quranda xəbər verilən bəzi elmi həqiqətlərdən söhbət gedəcək).

Ümumiyyətlə, materialist dairələr bir faktı nəzərə almalıdır ki, onlar dinə zidd baxışlarla çıxış edərkən həmişə öz polemikası üçün İncil və Tövratdakı parçalardan istifadə edir, amma Quran ayələrindən heç vaxt nümunə gətirmirlər.