"NÖVLƏRİN TƏKAMÜLÜ" HİPOTEZİNİ TƏSDİQLƏMƏK CƏHDLƏRİNİN ELMƏ VURDUĞU ZƏRƏR


Yer üzündə milyonlarla canlı orqanizm növü mövcuddur. Bu növlər xeyli xüsusiyyətlərinə görə bir-birindən seçilirlər. Məsələn, atlar, quşlar, qurdlar, kəpənəklər, balıqlar, pişiklər, yarasalar, qurdlar, qarışqalar, fillər, ağcaqanadlar, arılar, dəvələr, delfinlər, meduzalar, dəniz ulduzları... Bu növlərdən hər biri digərindən öz fiziki xüsusiyyətlərinə, mühitinə, ov texnikasına, özünümüdafiə taktikasına, qida-lanma üsuluna, çoxalma xarakterinə, yəni özlərinin bütün vacib xüsusiyyətlərinə görə fərqlənirlər.

Bəs bütün bu növlər necə yaranıb?

Bu sual üzərində dərin düşünən hər kəs bütün canlı orqanizmlərin mükəmməl şəkildə layihələndiyini və düşünüldüyünü, yəni yaradıldığını görəcək. Hər məna özünün şüurlu yaradanını müəyyən edir. Canlılar kainatda böyük məqsəd və mənanın olmasını sübut edən digər nümunə və misallar kimi Allah`ın varlığını da göstərirlər.

Bu həqiqəti bizə din söyləyib. Quranda bütün canlıların nə yolla yaranması aydınlaşdırılır: bütün növ canlı orqanizmlər ayrı-ayrılıqda Allah tərəfindən yaradılıb. Allah hər canlı orqanizmə öz orijinal quruluşunu verib, Öz müdrikliyi ilə onlara müxtəlif xüsusiyyətlər bəxş edib və insanlara Özünün sonsuz gücü, sonsuz zəkası və sonsuz biliyi haqda xəbər verib. Canlıların yaranmasından bəhs edən Quran ayələri bunlardır:

"Göyləri, yeri və oralara yayıb səpələdiyi canlıları yaratmağı Onun qüdrət nişanələrindəndir. Allah istədiyi vaxt onları bir yerə yığmağa qadirdir!" (Şura surəsi, 29)

"Allah hər heyvanı bir sudan yaratmışdır. Onların bəzisi qarnı üstə sürünür, bəzisi iki, bəzisi isə dörd ayaq üstündə gəzir. Allah istədiyini yaradır. Həqiqətən, Allah hər şeyə qadirdir!" (Nur surəsi, 45)

"Allah göyləri, gördüyünüz kimi, dirəksiz yaratmış, sizi yırğalamasın deyə yerdə möhkəm durmuş dağlar bərqərar etmiş və ora cürbəcür heyvanlar səpələmişdir. Biz göydən yağış yağdırdıq və yerdə növbənöv gözəl (bitkilər, meyvələr) yetişdirdik. Bu, Allah`ın yaratdıqlarıdır. İndi siz də Mənə (Allah`dan) başqalarının nə yaratdığını göstərin. Xeyr, zalimlər açıq-aşkar əyri yoldadırlar". (Loğman surəsi, 10-11)

Bu yaradılış həqiqəti mömin alimlərə elmin biologiya, anatomiya və paleontologiya kimi sahələrində aparıcı yer tutmalarına kömək etdi. Canlı orqanizmləri öyrənən, onların təsnifatını ilk dəfə tərtib edən və bunun üçün sistematikanın banisi kimi məşhurlaşan Karl Linney, qazıntı halında tapılan qalıqlar haqda elmin banisi Corc Küvye, həmçinin müqayisəli anatomiyanın banisi Qreqor Mendel, irsiyyət qa-nunlarını ilk dəfə kəşf edən və genetikanın təməlini qoyan yaxud XIX əsrdə Amerikanın görkəmli bioloqlarından sayılan Lui Aqassis canlı orqanizmlərin Allah tərəfindən yaradıldığını dərk edərək elmi tədqiqatlar aparırdılar.

Yalnız Çarlz Darvinin irəli sürdüyü təkamül nəzəriyyəsinin qəbul edilməsi ilə elm aləmi bir növlərin başqalarından törəməsinin sübutlarının axtarışına səfərbər edilmişdi. Bu axtarış alimləri sonsuz tədqiqatlara sövq etdi. Dünyanın bütün guşələrində, əslində, heç vaxt mövcud olmamış keçid təkamül formalarını tapmaq məqsədilə qazıntı halındakı qalıqların axtarışı aparılırdı. Bundan əlavə, bir növün digərinə təkamül yolu ilə keçməsini güman edən xəyali ssenarilər qurulurdu. Bu ssenarilər elmi jurnalların səhifələrini doldurur və məktəblərdə şagirdlərə öyrədilirdi.

Təkamülçülərin elmi necə boş fantaziyalar alətinə çevirdiklərini anlamaq üçün bu təkamül ssenarilərindən bəzi misallar gətirək. Məsələn, sürünən heyvanların məməlilərə çevrilməsi haqda təkamülçü mənbələrin birində belə əfsanə nəql edilir:

"Soyuq vilayətlərdə yaşayan bəzi sürünənlər öz bədənlərini isitmək üsulu hazırladılar. Onların pulcuqları tədricən sivriləşib itilənirdi və təkamül prosesində yun telinə çevrildilər. Bununla bərabər, başqa uyğunlaşma da baş verdi: tər ifrazatı sisteminin inkişafı. Bu, heyvanlara ehtiyacları olduqda suyun buxarlanmasını sayəsində öz bədənlərini sərinlətmək imkanı verirdi. Elə bu vaxt gözlənilmədən bəzi körpələr qida axtararaq analarının bədənində əmələ gəlmiş təri yalamağa başladılar. Buna görə, bəzi tər vəziləri daha zəngin ifrazatlar çıxarmağa başladı və bu ifrazatlar nəticədə südə çevrildi. Bunun sayəsində ilk məməlilərin balaları öz həyatlarına bəzi üstünlüklərə malik olmaqla başladılar".15

Bu təkamülçü mənbənin iddiasının düzgünlüyünü təsdiqləmək üçün pulcuqların tükə və ya tərin südə çevrilməsi kimi mümkünsüz hadisələri elmi şəkildə təsdiqləmək lazım gəlirdi və minlərlə alim bu əfsanəyə uymuşdu.

Ancaq bütün bu çevrilmələr mümkünsüzdür. Əvvəla, bala üçün lazımi tərkibi olan ana südünün yuxarıda təsvir edildiyi şəkildə təkamül yolu ilə tərdən əmələ gəlməsi mümkün deyil. Çünki ana südü körpənin tələblərinə cavab verən xüsusi maddədir və südün hər dövr üçün müəyyən tərkibi olur. Körpəyə lazım olan hər element ana südündə məhz lazımi anda əmələ gəlir. Məsələn, uşağın kaliuma ehtiyacı olduqda o, ana südündə xüsusilə çoxalır. Uşaq inkişaf etdikcə meydana çıxan bu cür tənzimləmə bütün maddələrə münasibətdə yer alır. Bu cür möcüzəli qidanın materiyada şüursuz surətdə və təsadüfi proseslər nəticəsində əmələ gələ bilməməsi tam aydındır.

Eynilə "sürünənlərin pulcuqlarının məməlilərin xəzinə dönməsi" hipotezi da elmi dəlillərə tamamilə ziddir. Pulcuq və xəz tam müxtəlif quruluşlara malikdir:

1) Tüklər follikulyar quruluşa malikdir, yəni onlar şişlərdən bitir. Pulcuqlarsa sadəcə olaraq dəri qatının fraqmentləridir. Həmçinin pulcuqların inkişaf, böyümə və ayrılma mərhələləri tüklərin həmin inkişaf mərhələlərindən köklü şəkildə fərqlənir. Bu baxımdan, onlar bir-birinə əsla oxşamırlar.

2) Pulcuqların təkamül yolu ilə tükə çevrilməsinin heç bir sübutu yoxdur. Təkamülçülərin əlində onların iddialarının nə qazıntı halında tapılmış sübutları, nə də bu prosesin mexanizmləri haqda inandırıcı elmi müddəaları yoxdur. Yuxarıda gətirdiyimiz sürünənlərin məməlilərə keçidi əfsanəsi təkamülçülərin irəli sürdüyü yeganə qeyri-elmi uydurma deyil. Hər təkamülçünün öz şəxsi əfsanəsi var.

Analoji şəkildə dinozavrların quşlara çevrilməsinin xeyli fantastik ssenariləri hazırlanıb. Bu ssenarilərdən biri güman edir ki, dinozavrlar milçəklərin arxasınca qaçmaqla uçmağa başlayıblar. Başqa bir hipotez isə dinozavrlar ağacdan-ağaca tullanarkən onların qanadlarının əmələ gəlməsini güman edir.

Hər təkamülçünün öz təxəyyülünün gücü sayəsində uydurduğu ssenariləri sübut etmək vəzifəsi isə elmin üzərinə düşür. Saysız-hesabsız alimlər bu günə qədər dinozavrların qaçaraq və ya budaqdan-budağa tullanaraq necə uça bilmələri sualını tədqiq edir. Pulcuqların quş lələyinə necə çevrilməsini göstərmək üçün illər sərf edilmişdir. Görkəmli təkamülçü ornitoloq Alan Feduççia da öz ömrünün xeyli ilini boş yerə sərf etmişlərdəndir. Feduççia iyirmi beş il ərzində quşlarla dinozavrlar arasında hər hansı bir əlaqənin olub-olmamasını öyrəndi və sonda bunları etiraf etmək məcburiyyətində qaldı:

"İyirmi beş il mən quş kəlləsini öyrəndim və onların dinozavr kəlləsi ilə heç bir oxşarlığını görmədim. Quşların dördayaqlılardan törəməsi nəzəriyyəsi XX əsr paleontologiyasında ən böyük rüsvayçılıq olacaq".16


Lakin təkamülçülərin ssenariləri yalnız bununla kifayətlənmir. Təkamülçü paleontoloq doktor Kolin Patterson etiraf edir:

"Həyatın mənşəyi haqda bir-birindən fantastik olan iyrənc uydurmalar var".17

Belə ki, təkamülçülər balina və delfin tipli dəniz məməlilərinin ayıların dənizə girməyi xoşlaması sayəsində və təkamül yolu ilə əmələ gəldiyi haqda fantastik hipotez irəli sürdülər. Bu cür ehtimala əsas tapmaq üçün yarı ayı-yarı balinalar haqqında nəzəriyyə hazırlanmış, "gəzən balinalar" haqqında uydurmalar yayılmışdı.

Əlbəttə, təkamülçülər öz təxəyyüllərini işə salmaqda və öz fantaziyalarına inanmaqda azaddır. Lakin problem bu fantaziyaların xəyali əsaslandırılması üçün zaman və elmi resurslar sərfindədir. Digər görkəmli təkamülçü alim Pyer Qrassenin təkamül ssenariləri haqda dediyi kimi: "Fantaziyanı qadağan edən qanun yoxdur, ancaq bu işə elmi qatmaq lazım deyil".18

Elm darvinizm kimi yanlış hipotezlər üzərində bərqərar olmağa cəhd etdikcə ümidsiz şəkildə məhz bu cür nağıllar ardınca qaçmağa məcbur olacaq. Bu arada əgər yaradılış həqiqəti qəbul edilsəydi, elmin uğurlu irəliləyişi üçün bütün maneələr onun yolundan qaldırılırdı. Əvvəlcə, qeyd etdiyimiz kimi, hər canlı ayrı-ayrılıqda Allah tərəfindən yaradılıb. Bu növlərdən hər biri öz fiziki xüsusiyyətlərini, qidalanma üsulunu, ov texnikasını, özünüqoruma taktikasını, nəslə qulluq etmək üsulunu və s. bu kimi heyrətamiz harmoniyasını nümayiş etdirir. Bu harmoniyanın necə təsadüfən yaranması sualına cavab axtarmaq yersizdir, çünki mükəmməl canlı varlıq təsadüfən yarana bilməz, o, yalnız bizim Rəbbimizin - Yaradanın gücü ilə xəlq edilmişdir və Onun nəzarətindədir. Bu səbəblə alimlər təxəyyülün məhsulu olan əfsanələr uydurmaq əvəzinə mövcud olan sistemləri və onların xüsusiyyətlərini öyrənməklə məşğul olsaydılar, elmə xeyir verərdilər.

Ən əsası odur ki, bu cür tədqiqatçılar insanı və bütün kainatı heç nədən yaradan qüdrətli Allah haqda bilgilərimizi dərinləşdirərdi.