"Cansız materİya həyat doğura bİlər" İddİasının elmə vurduğu zərər


Həyatın mənbəyi nədir? Quşu və ya zürafəni daşdan, sudan, yerdən, yəni cansız materiyadan nə ayırır? Bu sualın cavabını qədim zamanlardan indiyə qədər axtarırlar. Bu haqda yaranan fərziyyələri iki nöqteyi-nəzərə ayırmaq olar. Onların birinə görə, canlı və cansız materiya arasında yalnız zərif sərhəd var. Bu sərhəd asanlıqla aradan qaldırılır və cansız materiya öz-özünə canlıya çevrilə bilər. Bu nöqteyi-nəzər elmi dildə "abiogenezis" adını aldı.

Digər nöqteyi-nəzərin tərəfdarları iddia edirlər ki, həyatla cansız materiya arasında böyük və aşılmaz maneə var. Cansız materiyanın özbaşına canlanması mümkün deyil və hər canlı orqanizm yalnız başqa canlı orqanizmdən doğula bilər. Bu baxışı belə iddia ilə ümumiləşdirmək olar: həyat həyatdan əmələ gəlir. Elmdə o, "biogenezis" adını alıb.

Maraqlıdır ki, abiogenezis ideyası materialist fəlsəfəsi ilə bağlıdır, biogene-zis ideyası isə dini təməllərin üzərində durur. Materialistlər hələ lap əvvəldən iddia edirdilər ki, cansız materiya canlıya çevrilə bilər. Qədim yunan mütəfəkkirləri sadə canlı orqanizmlərin daima cansız materiyadan öz-özünə doğulmasına inanırdılar.

Bunun əksinə olaraq dini mənbələr həyatın materiyaya yalnız İlahi yaradılış aktı vasitəsilə verilə biləcəyini xəbər verirdilər. Bu haqda Quranda belə deyilir:

"Şübhəsiz ki, toxumu da, çərdəyi də cücərdib çatladan, ölüdən diri, diridən də ölü çıxardan Allah`dır. Budur Allah! Axı siz Ondan nə cür döndərilirsiniz? (Ənam surəsi, 95)

"Göylərin və yerin hökmü Onun əlindədir. Dirildən də, öldürən də Odur. O, hər şeyə qadirdir! (Hədid surəsi, 2)


Orta əsrlərdə aparılmış səhv tədqiqatlar və insanların təbiət haqda məlumatlarının həddən artıq məhdud olması nəticəsində abiogenezisə inam xeyli yayıldı. Ətə düşmüş qurdları görən insanlar hesab edirdilər ki, qurdlar orada öz-özünə törəyiblər. Həmçinin taxıl anbarlarında törəyən siçanların buğda qalağından özbaşına əmələ gəlməsi hesab edilirdi. Bu cür öz-özünə əmələ gəlməyə, özbaşına doğuluşa inam XVII əsrə qədər yayılmışdı.

Ancaq iki görkəmli alim tərəfindən aparılmış sınaqlar öz-özünə əmələ gəlmə inamını rədd etdi. Bu alimlərin birincisi Fransisko Redi idi. O, 1668-ci ildə həyata keçirdiyi sınaqlarla sübut etdi ki, ətə düşən qurdlar özbaşına deyil, milçəklərin gətirib qoyduğu yumurtalar sayəsində əmələ gəliblər. Bu vəziyyətdə abiogenezis ideyasının tərəfdarları geriyə addım ataraq iddia etdilər ki, cansız materiyadan qurd və qurbağalar kimi böyük heyvanlar əmələ gələ bilməz, ondan ancaq gözlə görülməz mikroblar əmələ gələ bilər. Mübahisə təxminən daha 200 il davam etdi. Sonda fransız bioloqu Lui Paster özünün serial təcrübələri vasitəsi ilə cansız materiyadan mikrobların əmələ gəlməsinin mümkün olmamasını sübut etdi. Paster öz nəticələrini bu cür ümumiləşdirmişdi: "Materiya öz-özünə təşkil oluna bilərmi? Xeyr! Bu gün elm deyir ki, hətta mikroskopik orqanizmlər dünyada onların valideynləri ilə oxşarlığı olmayan canlı orqanizmlərsiz əmələ gələ bilməzlər".13

Həm Redidə, həm də Pasterdə vacib bir cəhət var idi. Hər iki alim Allah`ın varlığına və bütün canlıları Onun yaratdığına inanırdı. Onların abiogenezis ideyası-nın cəfəngliyini üzə çıxarmasında inam amili böyük rol oynadı. Materialist fəlsəfə-nin təsiri altına düşmüş alimlər (Darvin, Gekkel kimi təkamülçülər) abiogenezis ideyasını inadla müdafiə etdikləri zaman Redi və Paster elmə düzgün yanaşaraq biogenezis həqiqətini anladılar.

Ancaq təkamülçülər bu aşkar həqiqətə qarşı çıxmaqda davam edirdilər. Materialist fəlsəfəyə kor-koranə bağlılıq onları bir əsr ərzində ümidsiz axtarışlara sövq edirdi. Aleksandr Oparin və C.B.Xoldeyn adlı materialist alimlər "kimyəvi nəzəriyyə" anlayışı irəli sürdülər. Oparinin və Xoldeynin iddialarına görə, abiogenezis qısa müddət ərzində baş vermir, o, yalnız uzun dövr ərzində mümkündür. Bir neçə əsas elmi qanunlara, hər şeydən əvvəl termodinamikanın ikinci qanununa zidd olan bu iddia ucbatından elə bir dalan yarandı ki, elm onun sayəsində vaxt itirməkdədir.

XX əsr ərzində saysız-hesabsız alimlər təcrübələrin və yeni nəzəriyyələrin köməyi ilə kimyəvi təkamül hipotezini sübut etməyə çalışırdılar. Bu məqsədlə, nəhəng laboratoriyalar, böyük institutlar, universitet şəhərcikləri səfərbər edilmişdi. Ancaq bütün atılan addımlar uğursuz idi. Məşhur təkamülçü, Yohannes Quttenberq Universitetinin Biokimya İnstitutunun direktoru, professor Klaus Doze bir faktı etiraf edir ki, həyatın cansız materiyadan yaranmasını təsdiq etmək məqsədilə aparılmış bütün işlər heç bir nəticə vermədi. O, deyir:

"30 ildən artıq müddətdə kimyəvi və molekulyar təkamül sahələrində həyatın yaranması mövzusunda aparılmış təcrübələr qoyulmuş suala cavab vermək əvəzinə bu sualın nə dərəcədə çətin olduğunu anlamağa kömək etdi. Bu mövzuya həsr olunmuş bütün təcrübə və nəzəriyyələr hazırda ya dalana dirənir, ya da bu problemin həlli üçün bizim biliyimizin kifayət etməməsini etiraf etmək məcburiyyətinə gətirib çıxarır".14

Əgər elm materialist uydurmasının abiogenezis ideyasına uymasaydı, "kimyəvi təkamül" üçün sərf edilmiş bütün səylər daha səmərəli məcraya istiqamətləndirilə bilərdi. Əgər elm həyatın Allah tərəfindən yaradıldığını və yalnız Onun həyat verməyə qadir olduğunu dərk etsəydi, bütün bu zaman, pul və insan potensialı boş yerə sərf edilməzdi. Elm qədim yunan əfsanələrinin ardınca getmək əvəzinə bütün diqqətini bəşəriyyətə faydalı olacaq yeni tədqiqat və kəşflər üzərində cəmləşdirərdi.

Bu gün elm cansız materiyanın təsadüflər nəticəsində öz-özünə təşkil edilməsinin, hüceyrə kimi bu cür mükəmməl və çətin fenomenin cansız təbiətin təsadüfi maddələr birləşməsi nəticəsində yaranmasının mümkünsüzlüyünü sübut edir. Bu qayda ilə o da tam aydındır ki, bizi əhatə edən milyonlarla müxtəlif canlı orqanizmlər təkamülçülərin iddia etdiyi kimi, hüceyrələrin öz aralarında təsadüfi birləşmələri nəticəsində yarana bilməzlər. Tam aydındır ki, nə qızılgül, nə tovuz quşu, nə şir, nə qarışqa, nə də başqa bir canlı orqanizm atom şüuruna malik olmayanların iradəsi ilə əmələ gəlməyiblər.

Bu mövzuya dair dərin tədqiqatlar aparmış alim şüursuz atomların qərarı ilə əmələ gəlmiş canlı deyil. Şüursuz atomların inkişaf etmiş dərrakəli insan yaratması mümkün deyil.

Bununla yanaşı, Qurani-kərimin vasitəsi ilə neçə əsr bundan əvvəl xəbər verilib ki, heç nə olmadığı halda, həyatı Allah yaratdı, Allah həyat verəndir və Ondan başqa heç kəs həyat verə bilməz. Əgər elm Allah`ın insanlara bildirdiyi bu həqiqətlərin ardınca getsəydi, təkamülçülərin ondan (elmdən) nəticəsiz axtarışlar üçün aldıqları bir belə vaxtı itirməzdi.