Dİn elmİ İstİqamətləndİrİr


Bizim içində yaşadığımız maddi aləmin təcrübə və müşahidələrin köməyi ilə öyrənilməsinə elm deyilir. Təbii ki, bu cür öyrənmədə elmi müşahidə və eksperimentlərdən alınmış məlumatlara əsaslanaraq müvafiq nəticələr çıxarılmalıdır. Həmçinin hər bir elm sahəsinin tədqiqatlardan əvvəl qəbul edilmiş hansısa əsas meyarları mövcuddur. Bu meyarların məcmusu elmi dildə "paradiqma" adlanır.

Paradiqma qarşıdakı elmi tədqiqatların istiqamətini müəyyən edir. Məlum olduğu kimi, elmi tədqiqatda ilk addım fərziyyə (hipotez) irəli sürməkdir. Alim ilk öncə öyrənməyə hazırlaşdığı hadisəyə dair öz hipotezini irəli sürür. Sonra isə bu hipotez elmi məlumatlar əsasında yoxlanılır. Əgər keçirilmiş sınaq və müşahidələr hipotezi təsdiqləsə, hipotez nəzəriyyəyə çevrilir. Hipotez təkzib edildikdə isə onun yerinə yenisi irəli sürülür və beləliklə, məsələnin öyrənilmə prosesi davam edir.

Qeyd etmək lazımdır ki, bu prosesin ilk pilləsi olan hipotezin irəli sürülməsi alimin istinad etdiyi müəyyən fundamental nöqteyi-nəzərlə bağlıdır. Məsələn, eyni nöqteyi-nəzərə əsaslanan bəzi alimlər belə bir hipotez irəli sürə bilərlər ki, materiya hər hansı şüurlu müdaxilə olmadan özünü təşkil etmək qabiliyyətinə malikdir. Sonra uzun illər boyu onlar bu hipotezi təsdiqləmək üçün öz tədqiqatlarını davam etdirəcəklər. Ancaq materiya qeyd edilmiş xüsusiyyətə qadir deyil, buna görə də onların bütün cəhdləri uğursuz bitəcək. Belə halda, əgər alimlər bu hipotezin müdafiə edilməsində çox inadlıdırsa, onların tədqiqatları uzun illər, hətta bir neçə nəsillər boyu sürə bilər. Nəticədə, xeyli vaxt və güc itiriləcək.

Eyni zamanda, əgər bu alimlər öz işlərini "materiya bu və ya digər şüurlu müdaxilə olmadan özünü təşkil etmək qabiliyyətinə malik deyil" ideyası ilə başlasalar, onların elmi tədqiqatları bu ideyaya arxalanaraq çox tez və səmərəli keçərdi.

Diqqət yetirmək lazımdır ki, hipotezin irəli sürülmə anı elmi kəşflərin hansı-sa başqa mənbəyinin olmasını tələb edir. Bu mənbəyin təyin edilməsi çox vacibdir, çünki yuxarıda göstərilən misala görə, onun səhv müəyyən edilməsi elmə boş yerə sərf edilmiş illər, onilliklər və hətta yüzilliklər bahasına başa gələ bilər.

Tələb olunan mənbə Allah`ın insanlara göndərdiyi açıqlamadır. Allah kainatın və bütün canlıların Yaradanıdır və bu səbəblə onlar haqda ən düzgün və mübahisəsiz bilgi Onun Özünün göndərdiyi bilgidir. Allah onu bizə Quranda verir. Allah`ın bizə göndərdiyi vacib həqiqətləri biz aşağıdakı qaydada qeyd edə bilərik:

1) Allah kainatı heç nədən yaradıb. Kainatdakı heç bir şey təsadüfən və öz-özünə yaranmayıb. Bu həqiqətin təbii nəticəsi ondadır ki, kainatda və təbiətdə təsadüfi hadisələrdən əmələ gələn xaos deyil, şüurlu planın əsasında yaradılmış mükəmməl nizam və qayda-qanun hökm sürür.

2) Bizim üzərində yaşadığımız Yer planeti insanın burada yaşaması üçün xüsusi olaraq layihələşdirilib. Ulduzların və planetlərin hərəkətlərində, Yer səthinin formasında, suyun və atmosferin xüsusiyyətlərində məqsədi insan həyatının mümkünlüyünü təmin etməkdən ibarət olan müəyyən ideya (məna, layihə) var.

3) Canlı orqanizmlərə gəlincə onları da Allah yaradıb. Həyatın bütün formaları Allah-təala tərəfindən düşünülmüş və yaradılmışdır. Bundan əlavə, aşağıda arıların misalında göstəriləcəyi kimi, canlı orqanizmlərin hərəkətlərinin mənbəyi Allah`dan gələn ilhamdadır.

Bu həqiqətləri Quranda bizə Allah bildirir. Bu həqiqətləri əsas götürən dünyagörüşü, şübhəsiz ki, böyük elmi uğurların nailiyyətini təmin edəcək və bəşəriyyətə bol səmərə gətirəcək. Tarixdə buna gözəl misallar var. Müsəlman alimlərinin sivilizasiyanın inkişafının ön sıralarında olduqları IX-X əsrlərdə nail olunmuş uğurlar elmin sadaladığımız bu həqiqətlərinə arxalanmasının sayəsində mümkün olub.

Eyni mənzərəni biz Qərbdə də müşahidə edə bilərik. Fizika, kimya, astronomiya, biologiya, paleontologiya sahəsi ilə məşğul olan əksər alimlər Allah`a inanır və öz tədqiqatlarını Onun yaratdıqlarının öyrənilməsi məqsədilə aparırdılar.

İnsanların öz məqsədlərini müəyyən edərkən dini həqiqətlərə əsaslanması-nın vacibliyindən danışan Eynşteyn bildirirdi:

"İnsan üçün həqiqi məqsədi din müəyyən edir. Ancaq bu məqsədə nail olmaq üçün hansı vasitələrə əl atılmalıdır sualının cavabında elmin də deməyə sözü var. Həqiqəti bütövlükdə dərk etmək arzusunda olanlar elmə forma verir, onu müəyyən çərçivələrə salaraq qurub-yaradırlar. Ancaq elmin əsasında, onun başlanğıcında yenə də xeyli dərəcədə din iştirak edir. Mən dərin inamdan məhrum olmuş alimi hətta təsəvvür belə edə bilmirəm".6

Yalnız XIX əsrin ortalarından başlayaraq elm ilahi təməldən uzaqlaşdı və materialist fəlsəfənin təsiri altına düşdü. Materializm kökləri hələ qədim yunanlara gedib çıxan ideyadır. Materialist baxışlar alimlər arasında tədricən yayılırdı və XIX əsrin ikinci yarısından başlayaraq tədqiqatların xeyli hissəsi artıq bu baxışları təsdiqləmək məqsədi ilə aparılırdı. Bu səbəblə, kainatın həmişə mövcud olduğunu və daima mövcud olacağını güman edən sonsuz kainat modeli, həyatın təsadüflərin məhsulu olduğunu iddia edən Darvinin təkamül nəzəriyyəsi, Freydin ideyaları və digər analoji nəzəriyyələr irəli sürüldü.

Ancaq bu gün geriyə boylananda görürük ki, bu materialist baxışlar sistemi elmi yalnız vaxt itkisinə gətirib çıxarıb. Saysız-hesabsız alimlər materializmin irəli sürdüyü müddəaları sübut etmək üçün onilliklər ərzində çalışıblar, ancaq əldə edilmiş nəticələr onların səhv olduqlarını göstərdi.

Bunun müqabilində isə elmi kəşflər kainatın heç nədən yaradıldığını, onun insanlara yaşamaq imkanını təmin etmək üçün layihələndirildiyini, həyatın təsadüfən yaranmasının və onun təkamül yolu ilə inkişafının mümkün olmamasını Quranda göstərilənlərə tam uyğun şəkildə olmaqla təsdiq etdi.

İndi isə yuxarıda göstərilən həqiqətləri ardıcıllıqla təhlil edək.