MATERİALİSTLƏRİN SONSUZ KAİNAT HAQQINDAKI ZƏHLƏTÖKƏN İDEYALARININ ELMƏ GƏTİRDİYİ İTKİLƏR
XX əsrin əvvəlinə kimi materializmin hökm sürdüyü elm aləmində yayılmış baxışlara görə, kainat öz ölçülərində sonsuzdur, həmişə mövcud olub və əbədi mövcud olacaq. "Hərəkətsiz kainat modeli" adını almış bu fərziyyəyə uyğun olaraq kainatın nə əvvəli, nə də sonu vardır. Kainat sonsuz materiyanın bütün məcmusunu təşkil edirdi. Materialist fəlsəfəsinin əsasını təşkil edən bu baxışlar kainatın yaradılma faktını rədd edirdi.
Materializmə inanmış və ya onun təsiri altına düşmüş bir xeyli alim "hərəkətsiz kainat" modelini öz tədqiqatlarının əsası kimi qəbul edirdi. Fizika və astronomiya sahəsindəki bütün işlər materiyanın əbədi mövcudluğu haqqındakı fərziyyəyə əsaslanırdı. Bir sözlə, uzun illər boyu saysız-hesabsız alimlər əldən düşənə qədər boş yerə çalışıblar, çünki bu uydurmanı puça çıxarmaq elmə tezliklə nəsib oldu.
"Hərəkətsiz kainat" modelinin yanlışlığını hiss edən və ona elmi alternativ irəli sürən ilk insan Corc Lemetr idi. Rus alimi Aleksandr Fridmanın bəzi hesablamalarına arxalanan Lemetr həqiqətdə kainatın başlanğıcı, həmçinin başlayandan bəri kainatın daima genişlənməsi haqda ehtimal irəli sürdü. Bundan əlavə, Lemetr bu başlanğıcın bircə məqamından qalma şüanı qeydə almaq imkanının olduğunu da bəyan etdi.
Burada qeyd etmək lazımdır ki, Corc Lemetr mömin idi. O, Allah`ın kainatı heç nədən yaratdığına qəlbən inanırdı. Yəni onun elmə yanaşması materialist yanaşmadan güclü şəkildə fərqlənirdi.
Sonrakı illər Lemetrin fərziyyəsinin düzgünlüyünü təsdiqlədi. Əvvəlcə, ABŞ astronomu Edvin Habbl böyük teleskopun köməyi ilə kəşf etdi ki, ulduzlar daima bizdən uzaqlaşdıqları kimi, həm də bir-birlərindən uzaqlaşırlar. Əgər kainatdakı bütün obyektlər bir-birindən uzaqlaşırsa, bunun yeganə izahı var: kainat genişlənir, yəni o, materialistlərin iddia etdikləri kimi, hərəkətsiz deyil.
Ümumiyyətlə, Albert Eynşteyn hələ xeyli əvvəl nəzəri cəhətdən belə hesab edirdi ki, kainat hərəkətsiz ola bilməz. Ancaq bu hesablamalardan alınan nəticələrin əsasları o zaman qəbul edilmiş "hərəkətsiz kainat" modelinə uyğun olmadığı üçün o, öz kəşfinin üzərində israr etmədi və onu bir kənara qoydu. Beləliklə, biz hətta XX əsrin dahilərindən hesab edilən Eynşteyn kimi böyük alimlərin materialist ehkamların təsiri altına düşdüklərini görürük. Buna görə də Eynşteyn öz vacib kəşfini nəşr etdirmədi. Sonralar o, bunu öz karyerasının ən böyük səhvi adlandırdı.
Kainatın genişlənməsi faktının daha bir vacib aspekti var idi, yəni əgər kainatın genişlənmə prosesinin gedişində əks istiqamətdə hərəkət edilsəydi, əvvəl-axır kainatın genişlənməyə başladığı yeganə nöqtəyə gəlib çıxardılar. Hesablamalar nəticəsində aydın olmuşdur ki, bu yeganə nöqtə sıfır həcmində olmalıdır. Kainat da elə bu nöqtədə baş vermiş və alimlər tərəfindən "Böyük partlayış" adlandırılmış partlayışdan əmələ gəlib.
Həqiqətdə "böyük partlayışın baş verdiyi nöqtə sıfır həcmindədir" ifadəsindən sırf nəzəri şəkildə istifadə edilir, çünki "sıfır həcmi" anlayışı "heç nə" məfhumuna bərabərdir. Yəni kainat heç nədən əmələ gəlib. Daha dəqiq desək, heç nədən yaradılıb.
Böyük partlayış nəzəriyyəsi kainatın heç nədən yaradıldığını göstərir. Ancaq bu nəzəriyyənin qəbul edilməsi üçün elmi sübutlar tələb edilirdi. 1948-ci ildə Corc Qamov ehtimal etdi ki, əgər Lemetrin dediyi böyük partlayış baş veribsə, kainatda bu partlayışdan qalmış şüa olmalı və bu şüa bütün kainat boyu bərabər şəkildə paylanmalıdır.
Qamovun sözlərinə görə, axtarılması lazım olan dəlil tezliklə meydana çıxdı. 1965-ci ildə Arno Penzias və Robert Uilson adlı tədqiqatçılar bu şüanın qalıqlarını aşkar etdilər. Kosmik fon şüası adını almış bu şüa kosmosun hansısa müəyyən sahəsinə bağlı deyildi, ancaq bütün kainat boyu paylanmışdı. Buradan aydın oldu ki, uzun zamanlar hər yandan bərabər şəkildə çıxan istilik dalğası böyük partlayış anından qalıb. Penzias və Uilson bu kəşflərinə görə, Nobel mükafatına layiq görüldülər.
1989-cu ildə isə Amerikanın kosmik agentliyi NASA kosmik fon şüasının öyrənilməsi üçün kosmosa COBE peykini göndərdi. Yüksək texnologiyaya malik bu peykdə quraşdırılmış həssas cihazlar Penziasla Uilsonun hesablamalarını bir neçə dəqiqə ərzində təsdiqlədilər.
Kainatın böyük partlayış nəticəsində heç nədən əmələ gəlməsinin elmi sübutlarla təsdiq edilməsi materialist alimlərin böyük çaşqınlığına səbəb oldu, çünki onlar özlərinin uzun illər boyu aparılmış tədqiqatlarının, irəli sürdükləri ideya və nəzəriyyələrin iflasının şahidi oldular. Tanınmış ateist-filosof Entoni Flyu özünün bununla bağlı fikirlərini belə ifadə edirdi:
"Deyirlər ki, etiraf insanın ruhuna müsbət təsir edir. Mən də bir etiraf edəcəyəm: böyük partlayış modeli ateistin nöqteyi-nəzərində çox kədərlidir, çünki elm dini mənbələrin kainatın bir başlanğıcının olması müddəasını təsdiq etdi. Mən hələ də ateizmə inanıram, ancaq böyük partlayışın mövcudluğu faktının olmasını nəzərə alanda bu nöqteyi-nəzəri müdafiə etməyin çətin olmasını da etiraf edirəm".7
Bu misaldan göründüyü kimi, materializmə sədaqətini kor-koranə qoruyan insana nə qədər elmi sübutlar təqdim edilsə də o, başqa nəzər-nöqtəsini qəbul etməyə meyilli deyil. Hətta əgər o, təsbit edilmiş həqiqəti şəxsən etiraf etsə belə, materializmə bağlılığından imtina edə bilməz.
Bununla yanaşı, bu gün Allah`ın mövcudluğunu kor-koranə inkar etməklə kifayətlənməyən və kainatın sonsuz güc sahibi Allah tərəfindən yaradılmasını etiraf etməyə hazır olan bir çox alimlər var. Məsələn, böyük partlayış mövzusundakı işləri ilə məşhurlaşmış ABŞ alimi Uilyam Leyn Kreyq bu haqda belə izah verir:
"Həqiqətdə "heç nədən yalnız heç nə alınır" qaydasına uyğun olaraq böyük partlayışın hansısa bir fövqəltəbii səbəbi olmalıdır. Əgər nəzərə alsaq ki, partlayışdan əvvəl mövcud olmuş vəhdət bütün məkan və zaman münasibətlərinin sərhəddi olmuşdur, onda böyük partlayışın hər hansı bir fiziki səbəbinin olması mümkün deyil. Böyük partlayışın səbəbi fiziki məkan və zamanın hüdudlarından kənarda idi.
O, kainatdan əsla asılı deyildi və şüurun dərk etməkdə aciz qaldığı bir gücə malik idi. Bundan əlavə, bu səbəb şüura və şəxsi azad iradəyə malik olan mahiyyət olmalıdır. Deməli, kainatın yaradılışının əsl səbəbi kainatı nə vaxtsa öz şəxsi iradəsi ilə xəlq edən Yaradandır".8
Böyük partlayışın bizə göstərdiyi vacib nəticə belədir: biz əvvəl də dediyimiz kimi, İlahi bilgini öz istinad nöqtəsi seçmiş elmi düşüncə kainatın sirlərini açmaqda böyük uğurlara nail olur. Materialist fəlsəfəsinin postulatlarını qəbul edən alimlər sonsuz kainat modelini qurdular, ancaq bütün çalışmalarına baxmayaraq, bu nəzəriyyənin ayaq üstə qalması üçün yetərincə möhkəm dayaqlar tapa bilmədilər. Corc Lemetrin hazırladığı və dini nöqteyi-nəzər üzərində duran Böyük partlayış nəzəriyyəsi elmin inkişafı üçün məşəl oldu və kainatın yaradılışının həqiqi mənbələrini anlamağı təmin etdi. Nəticədə, ateist Flyunun da etiraf etdiyi kimi, elm dini mənbələrin müddəalarını sübut etdi.
Əgər biz XX əsr elminin tarixinə nəzər yetirsək, oxşar vəziyyəti digər sahələrdə də görərik.