TƏKAMÜLÇÜLƏRİN SAXTAKARLIQLARI İLƏ ELMƏ VURULAN ZƏRBƏ
Təkamülçülər öz nəzəriyyələrinin təsdiqləyən dəlilləri aşkar etməyərək, elmi kəşfləri təhrif edərək və saxtakarlıqla məşğul olaraq bəşəriyyəti dəfələrlə aldadıblar. Bu saxtakarlıqlardan ən məşhuru "Piltdaun adamı" qalmaqalıdır. Təkamülçülər nə vaxtsa yaşadığını iddia etdikləri yarı meymun-yarı insanın qazıntı halında olan qalıqlarını tapmadıqları üçün çıxış yolunu bir dənə bu cür nüsxə hazırlamaqda gördülər. Onlar insanın kəlləsinə oranqutanın çənəsini artırmaqla özlərinin bu əsərinə kimyəvi reaktivlərin köməyi ilə tarixə qədərki görkəm verdilər və uzun illər ərzində bu kəlləni dünyanın ən məşhur muzeyində insanın əcdadlarının kəlləsi kimi sərgilədilər. Təkamülçü F.Klark Hauell bu fırıldaqçılıqla elmə vurulan zərbəni belə təsvir edir:
"Piltdaun adamı insan kəlləsi ilə meymun çənəsinin birləşdirilməsindən başqa bir şey deyil. Bu, şüurlu şəkildə quraşdırılmış saxtakarlıq idi. Onlar kəllənin insana, çənənin də meymuna aid olduğunu etiraf etmirdilər. Əvəzində isə belə izahat verilirdi ki, bu qalıqlar insanla meymun arasındakı dövrə aid olan tapıntıdır. "Tapıntı"nı 500.000 il bundan əvvəlki dövrə aid etdilər və ona (Eoanthrorrus Dawsoni) "Daun adamı" adı verdilər. Bu mövzuya dair 500-ə yaxın kitab yazılmışdır. Paleontoloqlar bu "tapıntı" ucbatından 55 il ərzində yerlərində saydılar".33
Alim F.Klark Hauellin bu sözləri bizi dərindən düşünməyə məcbur edir. Əslində, saxta olan bu "sübut" qırx il ərzində bütün elmi dairələri çaşdırdı. Boş yerə sərf edilən əməyin ən bariz göstəricisi isə saxta kəllə haqqında 500 kitabın yazılmasıdır.
Digər saxtalaşdırıcı təkamülçü Ernst Hekkel özünün saxtakarlığını etiraf etməklə yanaşı öz həmkarlarının ideologiya naminə əl atdıqları analoji hiylələr haqda da danışdı:
"Etdiyim saxtakarlıqları etiraf etdikdən sonra mən utanmalı və özümü qına-malıyam. Ancaq mənim bir təskinliyim var: mənimlə bərabər yüzlərlə həmkarım - görkəmli bioloqlar və nüfuzlu müşahidəçilər də günahkardır. Onların biologiya üzrə nəşr etdiyi gözəl kitablarda, jurnallarda və dissertasiyalarda da mənimkilərə bənzər saxtakarlıqlar, şübhəli məlumatlar, hər hansı bir dərəcədə təhrif edilmiş, sxema-tikləşdirilmiş və ya bütövlükdə yalnız öz uydurmalarına əsaslanan illüstrasiyalar var".34
Müşahidələri, sınaqları və təcrübələri təkamül nəzəriyyəsi müddəalarının təsiri altına salmaq, həqiqəti gizləmək və ya bəşəriyyətə onu təhrif edilmiş şəkildə təqdim etmək cəhdləri elmin inkişafına, əlbəttə ki, xeyli zərər vurur. Təkamülçü yazıçı V.R.Tompson bunu dolayısilə də olsa etiraf edir:
"Alimlərin özlərinin elmi yolla müdafiə edə bilmədikləri doktrinalarının qorunması naminə tənqidi çıxışların qarşısında susmaq, mövcud problemləri birgə ört-basdır etmək və beləliklə, insanlarda öz iddialarına inam hissini qoruyub saxlamaq cəhdləri elmi nöqteyi-nəzərdən qeyri-normal və arzuedilməz vəziyyət yaradır".35
Bu mövzunun ən maraqlı tərəfi odur ki, təkamülçülərin təkamül nəzəriyyəsini dəstəkləmək üçün keçirdikləri sınaq və təcrübələr yaradılış faktının sübutlarını aşkar edirlər.