TƏBİƏTİN MÜKƏMMƏL NİZAMINI İNKAR EDƏNLƏRİN ELMƏ VURDUĞU ZƏRƏR
Təbiətdə yaradılış həqiqətini, başqa sözlə, təbiətin əsas məna və nizamını etiraf etməmək təcrübədə elmi tədqiqatların irəliləyişinə mane olur. Çünki təbiətdə müəyyən bir məna və nizamın olduğunu bilən alim bu nizamı və onun mahiyyətini öyrənmək niyyəti ilə tədqiqatlara başlayır. Təbiəti sadəcə olaraq yalnız materiya çoxluğu kimi nəzərdən keçirən təkamülçü isə qarşısına belə məqsəd qoymur.
Amerika riyaziyyatçısı və fiziki Uilyam Dembski təbiətdə müəyyən layihənin olduğunu iddia edən alimlərdən biridir. U.Dembski bildirir ki, təkamülçülərin baxışları elmi tərəqqini ləngidir. O, buna nümunə olaraq təkamülçülərin DNT molekullarının öyrənilməsi ilə əlaqədar irəli sürdüyü "boş DNT" anlayışını göstərir (Təkamülçülərin hipotezinə görə, "boş DNT" heç bir genetik məlumat daşımayan və bunun üçün guya heç bir funksiyası olmayan DNT sahələridir). U.Dembski deyir:
"Layihənin dərk edilməməsi elmin inkişafını dayandırır. Əksinə, layihənin dərk edilməsi bizi ənənəvi təkamülçülərin məsələyə münasibəti ilə məhv edilərək puça çıxarılmış həmin sahələrdə yeni tədqiqatlar aparmağa tələsdirir. Məsələn, "boş DNT" anlayışını nəzərdən keçirək. Bu terminin əsasında canlı orqanizmin genetik informasiyasının uzun-uzadı və məqsədsiz təkamül prosesinin bəhrəsi olması haqqın-da fikir dayanır. Deməli, bu genetik informasiyanın yalnız bir hissəsi canlı orqanizm üçün faydalıdır. Təkamül nöqteyi-nəzərini qəbul edərək biz çoxsaylı lazımsız DNT aşkar edəcəyimizi gözləməliyik. Lakin əgər biz canlı orqanizmlərin müəyyən şəkildə layihələndiyi hipotezini qəbul etsək, DNT-nin daha böyük funksional yükləndiyini güman etməliyik.
Həqiqətən, yeni kəşflər bəzi DNT sahələrinin bizim onlar haqda az bilgimiz olduğundan boş keçdiyini bildirirlər. Məsələn, "Yournal of Theoretical Bioloqy" jurnalının son saylarından birində Con Bodnar üzərində kodlaşdırma prosedurası baş verməyən, ancaq həqiqətdə orqanizmin böyüməsini və inkişafını təmin edən "DNT sahələrinin genetik dilinin kodlarını" (eukariotik hüceyrələrə aid olan genetik informasiyaları) xəbər verir. Layihənin mövcud olması hipotezi alimləri canlı orqanizmin yeni funksiyalarının axtarışına istiqamətləndirir, təkamül nəzəriyyəsi isə bu səyləri buxovlayır...
Təbiətdəki bütün şeylərin yaradılmasının əsasında dayanan layihə anlayışının elmə daxil edilməsi elmi tədqiqatları, şübhəsiz ki, zənginləşdirəcək. Bu günədək elmin inkişafı üçün istifadə edilən bütün məfhum aparatından istifadə edilməkdə davam ediləcək. Ancaq layihə məfhumu alimə yeni konseptual üsullar təqdim edəcək. Bundan əlavə, gündəmdə yeni tədqiqat mövzuları dayanacaq. Buna görə də biz hər hansı bir obyektin özündə müəyyən bir məna, məqsəd və nizam gizlətdiyini bilərək onun necə yarandığını və aqibətinin necə olduğunu anlamağı arzulayırıq".24
Gördüyümüz kimi, canlı orqanizmlərin Allah tərəfindən yaradıldığını dərk etmək elmin qarşısında yeni üfüqlər açacaq və təbiətin daha düzgün başa düşülməsini təmin edəcək.
Ancaq materialist alimlər Allah`ın Yaradıcı olmasını inkar edirlər. Onlar bütün canlıların təsadüfi hadisələr nəticəsində əmələ gəldiyini iddia edirlər. Onların iddiasına görə, təsadüfən yaranmış kainatda səhv və lazımsız məhsulların və ya səhv layihələrin olması tam təbiidir. Bu səhvin sayəsində xeyli elmi dəlil bu günə qədər səhv qiymətləndirilir, bir çox vacib hadisələr isə uzun illər açılmamış qalırdı. Məsələn, quş lələklərini öyrənən materialist alim lələyin asimmetrik quruluşuna nəzər salaraq onun təsadüfən yarandığı haqda nəticə çıxaracaq və hətta onun asimmet-rik quruluşunu öyrənməyi lazım bilməyəcək, halbuki lələyin asimmetrik quruluşu Allah`ın hər məxluqu müəyyən məqsədlə və mükəmməl layihə ilə yaratdığına inanan alimdən ötrü öyrənilməsinə və başa düşülməsinə kəskin ehtiyac olan mühüm bir xüsusiyyətdir. Bu istiqamətdə işləyən alim quş lələyinin asimmetrik quruluşunun quşların uçması üçün vacib olduğunu və simmetrik lələk quruluşuna malik olan quşların uça bilməməsini qısa müddət ərzində görəcək.
Bu cür misallara elmdə tez-tez rast gəlinir. Məsələn, analoji hadisə arıların öyrənilməsi ilə məşğul olan alimlərin arasında da yer almaqdadır. Arı pətəklərinin birləşdirici bucaqlarını nəzərə alan bəzi alimlər arıların istifadə etdiyi iki bucağın bu konstruksiyalar üçün ideal bucaqlardan yalnız 0,02 dərəcə kənara çıxdığını hesablayıblar. (Ölçmələr zamanı müəyyən edilmişdir ki, arılar bu bucaqları 109,28 və 70,32 dərəcə ölçüsündə yerinə yetirirlər. Riyaziyyatçı Koniq ən dəqiq hesablama üsulundan istifadə edərək müəyyənləşdirib ki, ən optimal bucaqlar 109,26 və 70,34 dərəcə ölçüsündədir). Alimlərin gəldiyi nəticələr belədir ki, arılar hesablamalarda az da olsa səhvə yol veriblər. Şotlandiya riyaziyyatçısı Kolin Mak-Laurin (1698-1746) bu hesabı əsaslı saymayaraq sınaqları təkrar etdi. Onun gəldiyi çıxardığı nəticə belədir: Koniq və onun dəstəsi hesablamalarda loqarifmik cızıqda yol verilmiş kiçik qeyri-dəqiqlik ucbatından hesablamalarda yanlışlığa yol vermişlər və bunun da nəticəsində 0,02 dərəcəlik fərq əmələ gəlmişdir.25
Beləliklə, aydın olmuşdur ki, arılar ən ideal bucaqları düzgün hesablamışlar. Səhvə isə məhz alimlər yol veriblər!
Bütün canlıların Allah`ın mükəmməl yaradılışının mahiyyəti olduğunu bilən adam qarşılaşdığı hadisənin səhv olduğunu heç vaxt ağlına gətirməz. O, bilir ki, müşahidə edilənlərdən hər biri Allah tərəfindən hansısa məqsəd üçün yaradılıb.
Allah`ın hər şeyi mükəmməl yaratmasına inanmayan alimləri yanlışlığa sövq edən başqa bir şey yenə də arılarla bağlıdır. 1996-cı il, oktyabrın 12-də "New Scientist" jurnalında Ben Kristallın yazdığı məqalədə deyilir ki, arılar uçarkən qanadlarını bəzən həddindən artıq çırpırlar, nəticədə, onların uçuşu israfçı olur. Bu məqalədəki iddiaya görə, arılar gah tez-tez, gah da gec-gec qanad çalırlar, ancaq buna baxmayaraq, eyni sürətlə uçurlar və beləliklə, qanadlarını tez-tez çaldıqda boş yerə enerji sərf edirlər. Müəllifin fikrincə, bu, layihənin hansısa bir səhvidir.
Ancaq Arizona Dövlət Universitetinin Con Harrisonun rəhbərlik etdiyi tədqi-qatçı qrupu arıların qanad çalması tezliyindəki fərqlərin çox ciddi səbəblərinin olduğunu göstərdi. Tədqiqatçıların əldə etdiyi nəticələr "Science" jurnalında (1996, 274-cü cild, səh. 88) dərc edildi. Bu tədqiqatçılar mühitin hərarətini dəyişərək, eyni zamanda, arıların bədənlərinin hərarətini, arıların qanad çalmasının sayını və onların metabolik proseslərinin parametrlərini ölçdülər. Mühitin hərarəti 20 dərəcədən 40 dərəcəyədək artdıqda qanad çalmalarının tezliyi azalırdı. Tədqiqatlar nəticəsində aydın oldu ki, arılar isti günlərdə az, soyuq günlərdə isə çox qanad çalırlar. Bu zaman uçuşun sürəti dəyişmir. Ancaq arılar soyuq havada qanadlarını daha tez-tez oynatdıqda hasil etdikləri enerji ilə həm bədənlərini, həm də öz pətəklərini isidirlər. Aydın oldu ki, arılar qanadlarının köməyi ilə iki müxtəlif mühüm məsələni həll edirlər: uçmaq və qızışmaq.
Allah`ın bütün canlıları ayrı-ayrılıqda, mükəmməl formada və indi olduqları kimi heç bir qüsursuz yaratdığına inanmayan təkamülçü alimlərin digər səhvi fəaliyyətdən düşmüş lazımsız orqanlar haqda uydurmadır. Bütün canlı orqanizmlərin öz əcdadlarından təsadüf nəticəsində yarandıqlarını hesab edən təkamülçülərə görə, insan bədənində onlara əcdadlarından miras qalmış orqanlar var və bu əzalar zaman keçdikcə istifadə edilmədikləri üçün həyat qabiliyyətini itirib, beləliklə də "qeyri-funksional", yəni fəaliyyətsiz olublar. Dünyanın Allah tərəfindən yaradıldığına inanmayan alimlər bu orqanları fəaliyyətsiz hesab etməklə elmə ciddi zərər vurublar, çünki elm inkişaf etdikcə bu "fəaliyyətsiz" orqanların orqanizm üçün, əslində, daha vacib olması üzə çıxıb. Elmin inkişafını ləngitmiş bu yanlış ehtimalın nə dərəcədə səhv olduğunu göstərən amillərdən biri də təkamülçülərin tərtib etdiyi "həyat qabiliyyətini itirmiş orqanların" uzun siyahısının tədricən ixtisar edilməsidir. Təkamülçü S.R.Skaddinq "Evalutionaru Theoly" jurnalında dərc etdirdiyi "Həyat qabiliyyətini itirmiş orqanlar təkamülün sübutudurmu" adlı məqaləsində bu həqiqəti etiraf edir. O, yazır:
"Bizim bilgilərimiz (biologiya sahəsində) çoxaldıqca həyat qabiliyyətini itirmiş orqanların siyahısı tədricən azaldı... Sonda mən belə nəticəyə gəlirəm: madam ki bu və ya digər orqanın qeyri-funksionallığını müəyyən etmək mümkün deyil, bütövlükdə isə həyat qabiliyyətini itirmiş orqanlar haqqındakı hipotez elmi xarakter daşımır, deməli, həyat qabiliyyətini itirmiş orqanlar təkamül nəzəriyyəsinin xeyrinə heç bir dəlil deyillər".26
İnsanın həyat qabiliyyətini itirmiş orqanlarının siyahısını 1895-ci ildə alman anatomu R.Vidershaym hazırlamışdı və ora appendiks və ya büzdüm kimi yüzdən artıq orqanlar daxil idi. Elm inkişaf etdikcə R.Vidershaymın siyahısına daxil olan orqanların sayı tədricən azalırdı. Müəyyən edilmişdir ki, bu orqanların, əslində, çox vacib funksiyaları var. Məsələn, aydın olmuşdur ki, həyat qabiliyyətini itirmiş hesab edilən apendiks orqanizmə daxil olan mikroblara qarşı çıxan limfatik sistemin bir elementidir. Bu siyahıda yer alan badamcıq vəzinin boğazın infeksiyadan qorunmasında necə vacib rol oynaması kəşf edilmişdir. Müəyyən edilmişdir ki, onurğa sümüyünün sonunda yerləşən büzdüm sümüyü qonşu çanaq sümüklərinin dayağını təmin edir və bəzi xırda əzələlərin bərkidilmə yeridir; boğaz uru vəzi (zob) T hüceyrəsini hərəkətə gətirərək orqanizmin müdafiə sistemini fəallaşdırır; epifiz vacib hormonların yetişdirilməsinə görə məsuliyyət daşıyır. Əvvəllər lazımsız hesab edilən və Darvinin həyat qabiliyyətini itirmiş orqan elan etdiyi aypara şəkilli göz çıxıntısı kimi digər orqanların da fəaliyyəti aydınlaşmışdır. Aydın olmuşdur ki, göz çıxıntısı gözün təmizlənməsinə və nəmlənməsinə görə cavabdehlik daşıyır.
Bütün bu nümunələr bir şeyi aydın göstərir: elmdə tez və düzgün nəticə əldə etmək üçün tədqiqatın çıxış nöqtəsi düzgün olmalıdır.
Allah bütün məxluqları mükəmməl və qüsursuz layihə ilə və hansısa məqsəd üçün yaradıb. Beləliklə, təbiəti tədqiq edən alimin əsas məqsədi canlı orqanizmlərin xüsusiyyətlərini onların bütün qüsursuzluğu və mükəmməlliyi ilə birlikdə öyrənmək, aşkar edilən hər hansı hadisənin mahiyyətindəki müdrikliyi anlamaq cəhdi olmalıdır.