NƏTİCƏ
Bizi əhatə edən dünyada və bütövlüklə yaşadığımız kainatda İlahi yaradılış aktının saysız-hesabsız sübutları var. Ağcaqanadın orqanizminin valehedici sistemi, tovuz quşu lələyinin heyrətamiz və şaşırdıcı gözəlliyi, göz kimi orqanın mükəmməlliyi və qüsursuzluğu və daha milyonlarla müxtəlif digər hadisələr mömin insanlar üçün Allah`ın mövcudluğunun, Onun ali zəkasının və biliyinin sübutudur. Yaradılış həqiqətini qəbul edən alim təbiəti məhz bu baxış bucağından öyrənəcək, aparılan hər müşahidədən və sınaqdan zövq alacaq və yeni-yeni tədqiqatları üçün ruh yüksəkliyi tapacaq.
Təkamül nəzəriyyəsi kimi cəfəngiyata inanmaq və bu cəfəngiyatı elmə zidd olaraq müdafiə etmək cəhdi alimlər üçün psixoloji cəhətdən ağır yükdür. Kainatdakı harmoniya və ya bütün canlı orqanizmlərin yaradılışının əsasında dayanan layihə anlayışları onların əhvalını bərbad edir. Darvinin aşağıda şərh edilən sözləri təkamülçülərə xas olan əsl əhval-ruhiyyəni işıqlandırır:
"Göz haqqındakı düşüncələr tez-tez mənim öz nəzəriyyəmdən soyumağımın səbəbinə çevrilirdi. Ancaq zaman keçdikcə mən özümü bu problemə alışdırdım. Hazırda isə məni təbiətin bəzi fenomenləri narahat edir. Məsələn, tovuz quşu lələyinin görünüşündən mən sadəcə olaraq xəstələnirəm".38
Həm tovuz quşunun lələkləri, həm də yaradılışın təbiətdəki digər dəlilləri təkamülçüləri daim narahat etməkdə davam edir. Özlərinin də asanlıqla gördükləri bu aşkar sübutlar qarşısında gözlərini qıyan bu insanlarda həqiqətə biganəlik hissi təbii şəkildə inkişaf edir və onunla bağlı olaraq düzgün mühakimə qabiliyyətinin pozulması sürətlənir. Məşhur təkamülçü Riçard Doukins xristianlara bu sözlərlə müraciət edir:
"Siz heykəlin sizə əl etdiyini görsəniz belə, düşünməyin ki, möcüzə ilə qarşılaşmısınız... Belə bir ehtimal son dərəcə azdır. Ancaq heykəlin sağ əlinin bütün atomlarının təsadüfən eyni vaxtda bir tərəfə çəkilməsi mümkündür".39
Bu fikirlər düzgün mühakimə yürütmək qabiliyyətinin pozulmasının kliniki nümunəsidir.
Elmin tərəqqisi üçün XIX əsrin bu qalıqlarından yaxa qurtarmaq və gözləri önündəki həqiqəti etiraf etməkdən çəkinməyən sərbəst düşüncəli alimlərin olması vacibdir.