Orta əsr kİlsəsİnİn alİmlərə münasİbətİ
Orta əsrlər kilsəsinin alimlərə qarşı səhv davranış xətti və konkret hərəkətləri qeyri-dindar dairələr tərəfindən kilsəyə qarşı silah kimi istifadə edilirdi. Belə deyilir ki, kilsə Avropanın inkişafını ləngitdi, onu səfil və kasıb yaşamağa məcbur etdi. Bu səylərin arxasında insanların şüurunda dini və orta əsrlər kilsəsini birləşdirmək cəhdləri, deməli, onların beyninə "din gələrsə, biz orta əsr zülmətinə qapılacağıq" fikrini yeritmək cəhdi durur. Əslində isə həqiqi dinin ayrı-ayrı hərəkətlərlə heç bir əlaqəsi olmadığı kimi, orta əsrlər kilsəsinin ümumi təcrübəsi ilə də heç bir əlaqəsi yoxdur.
Orta əsrlər kilsəsi İsa peyğəmbər (ə.v.) vasitəsilə bildirilmiş açıqlamadan uzaqlaşır və bəzən öz fəaliyyətində dinin əsaslarından tamamilə geri çəkilirdi. Elm İlahi əmrlərdən tamamilə uzaqlaşan, lakin rahib zümrəsinin və digər nüfuzlu çevrələrin maraqlarını müdafiə etmək yolunda olan kilsənin bəzi hərəkətlərindən, şübhəsiz ki, nəzərəçarpacaq dərəcədə böyük ziyan çəkdi.
Ancaq bu tarixi həqiqət təbii ki, heç bir şəkildə müsəlmanların dininə aid edilə bilməz. Çünki İslam orta əsrlər kilsəsindən fərqli olaraq heç vaxt rahib uydurmalarına deyil, Allah`ın sözü olan Qurana arxalanıb.
Orta əsrlər kilsəsinin mühafizəkarlığının dindarlıqla heç bir əlaqəsinin olmamasının paradoksal sübutu odur ki, bu kilsənin basqısı altında olan Qaliley kimi adamlar əsl dindar idilər (Kitabın ikinci hissəsində biz bu alimlərin dinə münasibətindən ətraflı danışacağıq). Bu nümunə bir daha göstərir ki, sxolastikanın elmə göstərdiyi təzyiq dindarlığın təzahürü deyil, məhz dini həqiqətin təhrif edilməsinin məhsuludur.