PROFESSOR UOLTER F.BREDLİ


Bredli Texas Universitetinin mexanika mühəndisliyi professoru və "Həyatın mənşəyinin sirri" kitabının müəlliflərindən biridir. Canlı orqanizmlərin, cansız təbiət obyektlərinin və bütövlüklə kainatın müəyyən bir ideyanın həyata keçməsinin ifadəsi olduğunu təsbit edən Bredli addımbaşı rastlaşdığımız sübutları gətirir. O, Yaradana inamı haqda belə deyir:

"1987-ci ilin yazında Kornel Universitetində olanda mənim orada din və elm haqqında mühazirəm oldu. Bu mühazirədə mən Yaradanın mövcudluğunu elmi dəlillərlə təsdiqlədim".117

Bredlinin daha bir fikri belədir:

"Şüurlu Yaradanın olması ilə bağlı inkaredilməz və aşkar sübutlar var".118