Albert Eynşteyn (1879-1955)



Bizim dövrün ən görkəmli alimlərindən biri Albert Eynşteyn, eyni zamanda, dindar idi. O, təsdiq edirdi ki, elm dindən ayrı inkişaf edə bilməz. Bu sözlər ona məxsusdur:

"Mən dərin inama malik olmayan əsl alim təsəvvür edə bilmərəm. Bunu belə ifadə etmək də olar: dinsiz elm topaldır”.100

Albert Eynşteyn güman edirdi ki, kainatdakı möcüzəvi nizam təsadüfən əmələ gələ bilməz və bizi əhatə edən dünyanı yüksək zəkaya malik olan Yaradan xəlq edib.

Eynşteyn bəyan edirdi ki, təbiəti öyrənən hər kəsin içində müəyyən dini itaətkarlıq hissi doğulmalıdır".101

O, həmçinin deyirdi: "Elmlə ciddi məşğul olan hər kəs əmin olur ki, təbiətin qanunlarında müəyyən ruh var və bu ruh insandan yüksəkdir. Bu səbəblə elmlə məşğul olmaq insanı dinə gətirir".102

Albert Eynşteynin elmə bu münasibəti onun növbəti sözlərindən də aşkar edilir:

"Din hissi nə vaxt itsə, elm ilhamı olmayan eksperimentlərə çevrilir".