SER UİLYAM GERŞEL (1738-1822)
Ser Uilyam Gerşel XVIII əsrin tanınmış astronomlarından biridir. O, öz dövrü üçün inikas qabiliyyəti nöqteyi-nəzərindən güclü teleskoplar qurması ilə məşhurlaşmışdı.
Onların köməyi ilə qalaktika və dumanlıqların müşahidəsi sahəsində o vaxta qədər əlçatmaz olanları görə bildi. Dindar insan olan Ser Uilyam Gerşel deyirdi: "Ateist-astronomlar dəli olmalıdırlar". O, bu sözlərlə astronomiya ilə məşğul olan və kainatda hökm sürən mükəmməl qaydanı bilavasitə müşahidə edən alimin Allah`a necə inanmamasından təəccübləndiyini ifadə edirdi.76