Cozef Klark Maksvell (1831-1879)



Qısa ömür yaşamasına baxmayaraq, Cozef Klark Maksvell elmə mühüm bir töhfə verdi. Müasir fizikanın banilərindən biri hesab edilən Cozef Klark Maksvell işıqla elektrikin bir-birindən qarşılıqlı şəkildə asılı olduğunu göstərdi. İşıq, elektrik və maqnetizm kimi hadisələri bir-birinə bağlamaq tənliyin birində ona nəsib oldu.

Eynşteyn özünün nisbilik nəzəriyyəsi üzərində işləyərkən bu alimin tənliyindən istifadə etmişdi. O, Cozef Klark Maksvellin uğurlarını Nyutonun zamanından etibarən ən cəsarətli və uğurlu sınaq kimi qiymətləndirmişdi.

Cozef Klark Maksvell həmçinin dindar idi. Təkamül nəzəriyyəsini qəbul etməyən Cozef Klark Maksvell fransız ateist alimi Laplasın məşhur kosmoqonik hipotezasına etirazını bildirdi, həmçinin Darvinin tərəfdarı olan təkamülçü-filosof Herbert Spenserə qarşı kəskin tənqidlə çıxış etdi.

Cozef Klark Maksvell öz məktublarının birində deyirdi ki, Allah`a inanan alim öz tədqiqatlarını dinin xeyrinə aparmalıdır.95