Con Rey (1627-1705)
Məşhur ingilis botaniki Con Rey dindar insan idi. Onun fikrincə, əgər insan dünyaya Allah`ın gözəlliyini əks etdirmək üçün gəlibsə, o, bütün onu əhatə edən yaradılışlara diqqət yetirməlidir. Bu fikri öz prinsipinə çevirən Con Rey çox gənc yaşlarında elmi tədqiqatlarla məşğul olmağa başlamışdı. O, botanika və zoologiyada öz dövrünün böyük nüfuz sahiblərindən biri idi. Con Rey İlahi yaradılışlardakı sonsuz müdriklikdən bəhs edən kitab dərc etmişdi. O, öz əsərində bitkilərin, həşəratların, quşların, balıqların və digər orqanizmlərin minlərlə növünü təsvir edir və onların hamısının təbiəti Yaradanın mövcudluğuna işarə etdiyini deyirdi.
Con Rey yazırdı: "Əvvəlcə hər şeyi Allah yaratmışdı. Bizi əhatə edən hər şeyi bu günə qədər O qoruyur və yaratdığı şəkildə saxlayır".66
Botanika sahəsində xeyli işlər görmüş Con Rey elmlə dinin sıx əlaqədə olduğunu həmişə qeyd edir və: "Azad insan üçün təbiətin gözəlliyi, Allah`ın böyüklüyü və sonsuz müdrikliyi haqda düşünməkdən gözəl heç nə yoxdur", - deyirdi.67