Dənİzulduzu
Yaş: 490-443 milyon illik
Tapıldığı yer: Mərakeş
Dənizulduzları dəniz dibində yaşayırlar. 7000 metr dərinlikdə yaşayan növləri də vardır. Təxminən yarım milyard ildir heç bir dəyişiklik keçirmədən nəsillərini davam etdirən bu canlılar qarşısında təkamülçülər çarəsizdirlər. Çünki, sözügedən canlılar təxminən beş yüz milyon ildir eyni quruluşa sahibdirlər. Əgər təkamülçülərin iddiaları həqiqət olsaydı, dənizulduzları beş yüz milyon il ərzində çoxdan başqa canlılara çevirilməli, bu müddət ərzində də yarı dənizulduzu, yarı başqa bir heyvan olan kifayət qədər qəribə canlıların izləri fosil qalıqlarında bu günə qədər gəlməli idi. Ancaq fosil qalıqlarında təkamülçülərin bu iddialarının heç bir sübutu yoxdur. Şəkildəki 490 milyon illik dənizulduzunun da sübut etdiyi kimi, dənizulduzları həmişə dənizulduzu kimi var olublar, başqa canlıdan törəməyiblər, başqa canlıya çevirilməyiblər.