İlanbalığı
Yaş: 95 milyon illik
Tapıldığı yer: Livan
Bu nümunədə, ilanbalığının yanında fosilləşmiş digər balıq növləri də var. Əsasən dayaz sularda yaşayan ilanbalıqları, Anguilliformes dəstəsinə daxildir. Bəzi ilanbalığı növləri isə dərin (4000 m) sularda yaşayırlar. Uzunluqları 10 sm-dən 3 m-ə qədər, çəkiləri isə 65 kq-a qədər olur. Fosildəki ilanbalığının bu gün yaşayan ilanbalıqlarından heç bir fərqi yoxdur. 95 milyon ildir heç bir dəyişiklik keçirməyən ilanbalıqları canlıların təkamül keçirmədiklərinin sübutlarından biridir.