Tİmsah kəlləsİ


Yaş: 144-65 milyon illik

Dövr: Təbaşir

Tapıldığı yer: Khouribga, Mərakeş



Darvinistlər canlıların milyon illər ərzində kiçik dəyişikliklər keçirərək bir-birindən törədiyini iddia edirlər. Elmi tapıntıların təkzib etdiyi bu iddiaya görə guya balıqlar suda-quruda yaşayanlara, suda-quruda yaşayanlar sürünənlərə, onlar da quşlara dönmüşdür. Bu halda milyon illər sürən bu dəyişmənin fosil tapıntılarında həddən artıq dəlilləri olmalıdır. Yəni yarı balıq- yarı kərtənkələ, yarı hörümçək-yarı milçək, yarı kərtənkələ- yarı quş olan çoxlu əcaib varlığın fosilləri artıq yüz ili keçmiş araşdırmalar nəticəsində ortaya çıxmalı idi. Amma yer üzünün az qala hamısının qazılmasına baxmayaraq Darvinistlərin növlər arası keçid müddətini göstərə biləcəkləri bir dənə fosil belə yoxdur. Əksinə, hörümçəklərin həmişə hörümçək, milçəklərin həmişə milçək, balıqların balıq, timsahların timsah, dovşanların dovşan, quşların da həmişə quş olduğunu göstərən saysız-hesabsız fosil nümunəsi var. Yüz miyonlarla fosil canlıların təkamül keçirmədiklərini, Allah tərəfindən yaradıldığını sübut edir.