Kaftar


Yaş: 23-5 milyon illik

Tapıldığı yer: Çin



Darvinistlərin elmdən uzaq iddialarına görə sürünənlər sadəcə quşların yox, eyni zamanda məməlilərin də əcdadıdır. Ancaq bu iki canlı sinfi arasında çox böyük fərqlər var. Məməlilər istiqanlı heyvanlardır (bədən temperaturlarını özləri hasil edir və sabit tuturlar), balalarını doğaraq çoxalırlar, əmizdirirlər və bədənləri tüklərlə örtülüdür. Sürünənlər isə soyuqqanlıdırlar (istilik hasil edə bilmirlər və bədən temperaturları xaricdəki havaya əsasən dəyişir), yumurtlayaraq çoxalırlar, balalarını əmizdirmək kimi xüsusiyyətlərə sahib deyillər və bədənləri pulcuqlarla örtülüdür. Görəsən necə olub ki, sürünən, istilik hasil etməyə başlayıb, bu istiliyi nizamlayan tərləmə mexanizmi yaradıb, pulcuqlarını tüklərlə dəyişdirib və süd istehsal etməyə balşayıb? Təkamülçülər bu günə qədər bu suallara qənaətbəxş elmi cavab belə verməyiblər. Bu vəziyyət sürünənlərin məməlilərə çevrildiyi kimi bir iddianın heç bir elmi əsası olmadığını göstərir. Üstəlik sürünənlərlə məməliləri bir-birinə bağlayan bir ədəd belə ara keçid forması tapılmayıb. Buna görə də təkamülçü Rocer Levin, “İlk məməlinin necə formalaşdığı hələ də sirrdir” demək məcburiyyətində qalmışdır… (Roger Lewin, “Bones of Mammals, Ancestors Fleshed Out”, Science, cild 212, 26 İyun 1981, sh. 1492)